Главная > Siyasət > Masallıda faşizm üzərində Qələbənin 74 illiyi qeyd edildi

Masallıda faşizm üzərində Qələbənin 74 illiyi qeyd edildi


9-05-2019, 18:12. Разместил: yeni321
 

Masallıda faşizm üzərində Qələbənin 74 illiyi qeyd edildi

 
Mayın 9-da Masallı şəhər “Qəhrəmanlar parkı”nda faşizm üzərində Qələbənin 74 illiyi münasibəti ilə tədbir keçirilmişdir.
Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov, hüquq mühafizə orqanları rəhbərləri, müharibə veteranları, ictimaiyyət nümayəndələri yüzlərlə rayon sakini ilə birgə İkinci Dünya Müharibəsində həlak olmuş masallıların xatirəsinə ucaldılan abidə-kompleksinin önünə tər gül dəstələri düzərək xatirələrini ehtiramla yad etmişlər.
Tədbirdə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin rəisi, polkovnik-leytenant Vəli Rzayev və başqaları 74 il əvvəl alman faşizmi üzərində qazanılmış qələbənin tarixi əhəmiyyətindən danışmış, ölkəmizdə veteranlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Müharibə veteranlar bu gün də Azərbaycanın igid oğullarının düşmən tapdağı altında olan torpaqlarımızı azad etməyə daim hazır olduqlarını diqqətə çatdırmışlar.
 



 

“Yeni həyat”,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад