Главная > Siyasət > Masallıda Respublika Günü qeyd olunub
Masallıda Respublika Günü qeyd olunub27-05-2019, 21:21. Разместил: yeni321 |
Masallıda Respublika Günü qeyd olunubMayın 27-də Masallı şəhər Heydər Əlyev Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasına həsr olunmuş konfrans keçirilib. Tədbir iştirakçıları əvvəlcə ümmulli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Toplantıda çıxış edən rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov rayon sakinlərini Respublika Günü münasibətilə təbrik edərək bildirib ki, XX əsr Azərbaycanın tarixində bir-birini sürətlə əvəz edən və xalqın taleyində həlledici sayılan hadisələrlə zəngin olub. Bu hadisələrin ən yüksək zirvəsi 1918-ci il mayın 28-də Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsidir. Ötən il xalqımızın Şərqdə ilk demokratik respublikanın- Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini böyük təntənə ilə qeyd etdiyini vurğulayan R.Hüseynov Cümhuriyyətin xalqımızın azadlıq hərəkatı tarixində dərin iz qoyduğunu, 1991-ci ildə SSRİ-nin dağılması nəticəsində Azərbaycanın yenidən müstəqilliyə qovuşduğunu diqqətə çatdırıb. Bildirilib ki, ümummilli lider Heydər Əliyev xalqımızın XX əsrdə əldə etdiyi ən böyük nailiyyətlərindən biri kimi Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını dövlətçilik tariximizdə parlaq səhifə kimi dəyərləndirib. Diqqətə çatdırılıb ki, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ənənələri bu gün uğurla inkişaf etdirilir. Azərbaycanda gedən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi əbədi və sarsılmaz dövlətçiliyimizin daha da qüdrətlənməsinə xidmət edir. Konfransda Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyevanın Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlı məruzəsi dinlənilib. Məruzə ətrafında müzakirələrdə "Masallı ziyalıları" İctimai Birliyinin üzvü Xanhüseyn Musayev, Masallı Dövlət Regional Kollecinin müəllimi Kəmalə İmanova, Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şahid Ailələri İctimai Birliyinin üzvü Cəmaləddin Məmmədov Azərbaycan Xalq Cümhuriyyətinin xalqımıza irs qoyduğu dövlətçilik ənənələrindən, müstəqil Azərbaycan Respublikasının həyatımızın bütün sahələrində qazandığı uğurlardan danışıblar. Konfransı Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov yekunlaşdırıb. “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |