Главная > Siyasət > Masallı RİH başçısının Tüklə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində səyyar-görüş qəbulu
Masallı RİH başçısının Tüklə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində səyyar-görüş qəbulu29-05-2019, 14:54. Разместил: yeni321 |
![]() Mayın 29-da Masallı Rayon İcra Hakimiyyəti başçısının qrafikə uyğun olaraq növbəti səyyar görüş - qəbulu Tüklə kəndində keçirilmişdir. Səyyar görüş- qəbulda 100-ə yaxın kənd sakini iştirak etmişdir. ![]() ![]() Ərazi sakinlərindən Rəva Məmmədov, Mirnağı Mənsimov, Əbülfət Şamıyev, Bakir Dadaşov, Ramazan Hüseynov, Şəkərəli Qubadov, İntiqam Hüseynov, Nadir Mehdiyev və başqaları çıxış edərək şəhid Ə.İbadov adına məktəbin təmiri, çayçılığın inkişafına kömək edilməsi, torpaqla, elektrik dirəklərinin dəyişdirilməsi, kənddə ekoturizmin inkişafına dəstək verilməsi, ərazidə aptekin yaradılması, xəstə övladına kömək göstərilməsi və s. ilə bağlı məsələlərini gündəmə gətirmişlər. Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermişdir. Əksər məsələlər yerində həll olunmuş, digərləri nəzarətə götürülmüşdür. “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |