Главная > Siyasət > Masallıda könüllülərlə növbəti görüş keçirilib

Masallıda könüllülərlə növbəti görüş keçirilib


3-06-2019, 15:56. Разместил: yeni321
Masallıda könüllülərlə növbəti görüş keçirilib 

İyunin 3-də Masallı Rayon İcra Hakimiyyətində rayonun gənc könüllülərinin müddətinin başa çatması ilə bağlı görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov geniş nitqində könüllülük fəaliyyətinin respublikamızdakı inkişafından danışıb. O, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin kölüllülük fəaliyyətinin əhatəsinin genişləndirilməsi haqda tapşırığı gənclərə böyük stimul olduğunu bildirib. Belə ki, bütün dövlət strukturlarında könüllü gənclər fəaliyyət göstərirlər. O, dövlətin həyata keçirdiyi gənclər siyasətindən, ölkə başçısının gənclərə gösdərdiyi diqqət və qayğıdan danışıb. Başçı hökümətin gənclərin inkişafı, özlərini təsdiq etməsi və dövlət strukturlarında çalışması üçün hər bir şəraiti yaratdığını qeyd edib. R.Hüseynov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş "Dövlət Proqramı"nda dövlət orqanlarına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişini aşılamaq, təcrübi biliklərini artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çılxarılmasını dəstəkləmək və könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsi qoyulmuşdur. Bu, Masallıda da uğurla davam edir. Masallı Rayon İcra Hakimiyyətində 20 gənc müxtəlif işlərdə özünü sınamışdır. İki ay ərzində könüllülərin fəaliyyətinə xüsusi önəm verdiyini qeyd edən cənab R.Hüseynov son dövrlər dövlət qulluğunda çalışanların əksəriyyətinin məhz gənclər olduğunu bildirmişdir. Könüllülərin İcra Hakimiyyətində böyük təcrübə və səriştə qazandığına əminliyini ifadə edən başçı bu təcrübələrin onların gələcək əmək fəaliyyətləri dövründə çox böyük əhəmiyyət daşıyacağına inandığını bildirib.
Könüllülərdən Ceyhun Ələkbərov, Tamerlan Rzayev, İslam Ərzumanzadə, Zamin Məmmədov, Əli Əsədov, Anar Şiriyev və başqaları çıxış etmiş, ölkə rəhbəri cənab İlham Əliyevə minnətdarlıq bildiriblər.
Tədbirdə RİH-nin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Seyfəddin Əliyev, böyük məsləhətçi - Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Vafiq Xəlilov çıxışlarında könüllülər üçün çox böyük şəraitin və imkanların yaradıldığnı qeyd edərək bütün bunların gənclər üçün stimul olduğunu, özlərinə iş yeri seçməkdə köməklik edəcəyini qeyd ediblər. Onlar gənc könüllərin müsbət fəaliyyət nümunəsi olduğunu və bunun cəmiyyət tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıblar.
Tədbiri yekunlaşdıran Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab R.Hüseynov 20 gənc könüllüyə sertifikatlar təqdim etmiş, onlara həyatda və gələcək işlərində uğurlar arzulayıb.
Qeyd edək ki, yeni fəaliyyətini başa çatdıran könüllülər qrupu Masallı Rayon İcra Hakimiyyətində ilk qrupdur. Tədbirdə həmçinin təzə başlayacaq 5 könüllü gəncə yeni əməkdaşlığa start verilib. Bu əməkdaşlıq çərçivəsində könüllülər icra aparatının müvafiq şöbələrində təcrübəyə cəlb olunacaq, müvafiq şöbələr üzrə bölüşdürülən könüllülər iki ay müddətində iş təcrübəsi əldə edəcəklər.


 
 “Yeni həyat”,
www.yeniheyet.az 
 шаблоны для dle 11.2
Вернуться назад