Главная > Siyasət / Təhsil > Masallıda, Bədəlan kənd tam orta məktəbində "Açıq dərs" ulu öndərə həsr edilib

Masallıda, Bədəlan kənd tam orta məktəbində "Açıq dərs" ulu öndərə həsr edilib


4-06-2019, 16:21. Разместил: yeni321
Masallıda, Bədəlan kənd tam orta məktəbində "Açıq dərs" ulu öndərə həsr edilib
 
İyunun 4-də Masallı rayonunun Bədəlan kənd tam orta məktəbinin iclas zalında ulu öndər Heydər Əliyevə həsr edilmiş "Açıq dərs" keçirilmişdir. Məktəb direktorunun təlim-tərbiyə işləri üzrə direktor müavini, Azərbaycan dili və Ədəbiyyatı müəllimi Məhbubə Şahbazova aşıq dərsdə şagirdlərə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən danışmışdır. Dövlət himni səsləndikdən sonra şagirdlər dahi rəhbərin ömür yoluna səyahət etmişlər. Hər bir şagird ümummilli liderin həyat və fəaliyyətinin ayrı - ayrı məqamından fikirlərini poetik dillə söyləmişlər. Hər misrada ulu öndərin ömrü, təşkilatçılığı, mehribançılığı, humanustliyi, siyasi manevrləri təsdiqini tapmışdır. Şagirdlər xalqa həsr edilən bu ömrü beş Lenin ordeni, iki dəfə Sosialst Əməyi Qəhrəmanı, neçə-neçə fəxri ad və mükafatların bəzədiyini gündəmə gətirmişlər.
M.Şahbazova dahi rəhbərin müstəqillik illərində Azərbaycanını fəlakətlərdən qurtaran, əsrin müqavilələri ilə ölkəni dünyaya tanıdan, dövlətçiliyimizin möhkəmləndirilməsi üçün ömrünü şam tək əridən ümummilli liderin ölçüyəgəlməz, dəyərli fəaliyyətindən məlumat vermişdir.
Ulu öndər Heydər Əliyevin 96-cı ildönümü ilə əlaqədar keçirilən müsabiqənin qalibi, X sinif şagirdi Dünya Cəfərzadə sözünü Heydər Əliyevin dəyərli, vətənpərvər fikirləri ilə bitirib: - Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir . Həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki , mən azərbaycanlıyam!
"Açıq dərs"də iştirak edən Xalq yazıçısı, "Şöhrət" ordenli, Dövlət Mükafatı laureatı, Əməkdar jurnalist, ictimai xadim, Milli Məclisin deputatı Elmira Axundova belə maraqlı tədbirə dəvətindən məmnunluq ifadə edib, deyib ki, mən də ömrümün qalan hissəsini Heydər Əliyevin həyat və fəaliyyətinə həsr etmişəm ki, O, xalqımızın, dövlətçilıiyimizin xilaskarıdır.
Elmira Axundova ulu öndər Heydər Əliyevlə xarici ölkələrə səfərlərindən, dahi rəhbərin fəaliyyətinə həsr etdiyi 7 cildlik əsərlərinin mahiyyətindən danışmış, ümummilli liderin uşaqlıq həyatının bəzi maraqlı nağılvari məqamlarını xatırlamışdır.
Milli Məclisin deputatı Elmira Axundova müəllifi oilduğu kitabları məktəb kitabxanasına bağışlamış, şagirdlərə verdiyi kitablara avtoqraf yazmış, verilən sualları cavablandırmışdır.
Masallı Rayon Təhsil Şöbəsi müdirinin müavini Samit İslamov bu il rayonun ümumtəhsil məktəblərində dahi rəhbərə həsr olunmuş belə maraqlı tədbirlərin keçirildiyini gündəmə gətirmişdir.
Masallı RİH başçısının müavini Aybəniz Qafarova "Açıq dərs"də çıxış edərək tədbiri dəyərləndirmiş, Milli Məclisin deputatı Elmira xanım Axundovaya təşəkkürünü bildirmişdir.




 
Həsənağa Əliyev,
“Yeni həyat”,
www.yeniheyet.az шаблоны для dle 11.2
Вернуться назад