Главная > Siyasət > Masallıda Milli Qurtuluş Günü qeyd edilib
Masallıda Milli Qurtuluş Günü qeyd edilib15-06-2019, 13:21. Разместил: yeni321 |
Masallıda Milli Qurtuluş Günü qeyd edilibMasallıda 15 İyun – Milli Qurtuluş Günü münasibətilə ümumrayon tədbiri keçirilib. Tədbir iştirakçıları öncə ulu öndər Heydər Əliyev adına Parkda ümummilli liderin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər. Sonra Masallı şəhər Heydər Əliyev Mərkəzində Milli Qurtuluş Gününə həsr edilmiş konfrans keçirilib. Konfransda Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak edib. “Tariximizin qurtuluş zirvəsi” mövzusunda keçirilən konfransda çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov rayon sakinlərini Milli Qurtuluş Günü bayramı münasibətilə təbrik edərək, ölkəmizin düçar olduğu bəlalardan dahi şəxsiyyət Heydər Əliyevin xalqın təkidi ilə yenidən rəhbərliyə qayıdışından sonra qurtulduğunu, Azərbaycanda uğurlu gələcəyin təməlinin qoyulduğunu diqqətə çatdırıb. Rayon rəhbəri bildirib ki, bu tarixi gün müasir Azərbaycanın müstəqilliyinin təntənəsi, hüquqi dövlət quruculuğunun başlanğıcıdır. Məhz dünya şöhrətli siyasətçi Heydər Əliyevin qətiyyətli siyasi kursu, neft strategiyası, bütün sahələrdə həyata keçirdiyi davamlı islahatlar tezliklə ölkəmizi dünyanın aparıcı dövlətlərindən birinə çevirdi. Bu gün regionun söz sahibi dövlətinə çevrilməyimizin əsas qayəsi məhz müdrik zəka sahibi Heydər Əliyevin sağlam təməllər üzərində qurduğu siyasətin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindədir. Masallı Dövlət Regional Kollecinin direktoru, "Tərəqqi" medallı Vidadi Nəzərov məruzəsində bildirib ki, 26 il əvvəl xalqın təkidli tələbi ilə yenidən Azərbaycanda siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev böyük xilaskarlıq missiyasını öz üzərinə götürməklə xalqımızın, dövlətçiliyimizin sonrakı taleyində həlledici mərhələnin təməlini qoydu. Ümummilli liderin hakimiyyətə qayıdışından sonra ölkəmizdə bir-birinin ardınca reallaşdırılan genişmiqyaslı layihələr dövlətimizin inkişafına və möhkəmlənməsinə zəmin yaratdı. Onun yorulmaz və titanik fəaliyyəti, yürütdüyü müdrik daxili və xarici siyasət nəticəsində müstəqilliyimiz dönməz xarakter almış, hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu, milli ordunun formalaşdırılması, beynəlxalq aləmdə Azərbaycanın demokratik imicinin artması sahəsində böyük işlər görüldü. Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir ki, indi dövlətimizin iqtisadi qüdrəti durmadan artır, beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınır, ölkəmizdə ictimai-siyasi sabitlik möhkəmlənir, xalqımızın sosial rifahı günbəgün yaxşılaşır, mötəbər tədbirlərə ev sahibliyi edir. Bu gün bu siyasət Prezident İlham Əliyev tərəfindən inam və qətiyyətlə davam etdirilir. Yeni Azərbaycan Partiyasının veteran üzvü Əfrail Fərziyev, Xırmandalı kənd tam orta məktəbin direktoru Kamal Təhməzov, Böyük Xocavar kənd məscidinin dini icmasının sədri Əliəşrəf Zeynalov, Masallı "Asan xidmət"in vətəndaşların qəbulu işinin təşkili sektorunun baş məsləhətçisi Gülgün Cahangirova və başqaları o dövrün tarixi hadisələrindən, Azərbaycanın bu gün əldə etdiyi nailiyyətlərdən danışıblar. Natiqlər tarixi faktlara söykənərək qeyd ediblər ki, məhz bu tarixi qayıdış Azərbaycanı siyasi oyunlardan, daxili çəkişmələrdən, parçalanmaqdan, vətəndaş müharibəsindən xilas etdi. Müstəqil dövlət quruculuğunun, iqtisadi islahatların, ölkənin gələcəyi üçün böyük əhəmiyyəti olan neft müqavilələrinin təməli qoyuldu. Nəzərə çatdırılıb ki, xalqın istəyi ilə 1993-cü ilin iyun ayının 15-də yenidən hakimiyyətə qayıdan Heydər Əliyev respublikanın müstəqilliyini qorudu, ölkədə tüğyan edən ictimai-siyasi böhran aradan qaldırıldı və sürətli inkişafın təməli qoyuldu. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır. Konfransı Masallı RİH başçısı Rafil Hüseynov yekunlaşdırıb. Bayram tədbiri günün ikinci yarısında maraqlı konsert proqramı ilə davam edib. “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |