Главная > Siyasət > Masallıda Dövlət Qulluqçularının peşə bayramı günü qeyd edilib
Masallıda Dövlət Qulluqçularının peşə bayramı günü qeyd edilib22-06-2019, 20:15. Разместил: yeni321 |
Masallıda Dövlət Qulluqçularının peşə bayramı günü qeyd edilibMasallı rayonunda 23 iyun – Dövlət Qulluqçularının peşə bayramı günü münasibəti ilə tədbir keçirilib.Tədbir iştirakçıları ilk öncə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, hörmət və ehtiramlarını ifadə ediblər. Sonra tədbir Masallı Rayon İcra Hakimiyyətinin akt zalında davam edib. Tədbiri giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov dövlət qulluqçularını peşə bayramı günü münasibəti ilə təbrik edərək qeyd edib ki, respublikamızın Prezidenti cənab İlham Əliyevin 25 may 2006-cı il tarixli sərəncamı ilə 23 iyun – Azərbaycan Respublikasının dövlət qulluqçularının peşə bayramı günü elan olunub. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonrakı illər ərzində, xüsusən ölkənin yeni Konstitusiyasının qəbul edildiyi 1995-ci ildən sonrakı müddətdə dövlət idarəçiliyinin və dövlət qulluğunun təkmilləşməsi ilə bağlı ardıcıl surətdə silsilə xarakterli islahatlar həyata keçirilmiş, inzibati sistemin tənzimlənməsinə dair xeyli sayda müvafiq qanun və fərmanlar qəbul edilmiş, dünya təcrübəsindəki müasir inkişaf tendensiyalarının nəzərə alınması ilə ölkədə dövlət qulluğunun möhkəm normativ hüquqi bazası yaradılmışdır. Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Aybəniz Qafarova, Öncəqala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Xudayar Həsənov, Dövlət qulluğu veteranı Yusif Hüseynov, Masallı “ASAN Xidmət” Mərkəzinin əməkdaşı Zahir Əliyev, rayon Təhsil Şöbəsi müdirinin müavini Samit İslamov, rayon Ağsaqqallar şurasının sədri, III dərəcəli “Vətənə xidmətə görə” ordenli Ələşrəf Niftiyev, Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev və başqaları çıxış edərək bildiriblər ki, dövlət qulluqçularının işi daim ictimaiyyətin diqqət mərkəzindədir və onlar fəaliyyətlərində humanizm və sosial ədalət prinsiplərinə əsaslanan mənəvi normaları rəhbər tutmalıdırlar. Dövlətçilik prinsiplərinə sadiq qaldıqlarına görə rayonda çalışan bir qrup dövlət qulluqçusuna Masallı Rayon İcra Hakimiyyəti başçısının Fəxri fərman və qiymətli hədiyyələri təqdim edilib. RİH başçıcsı R.Hüseynov yekun çıxışı edib. “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |