Главная > Siyasət > Masallı rayon Ağsaqqallar şurasının hesabat seçki konfransı keçirilib

Masallı rayon Ağsaqqallar şurasının hesabat seçki konfransı keçirilib


22-06-2019, 20:51. Разместил: yeni321
Masallı rayon Ağsaqqallar şurasının hesabat seçki konfransı keçirilib

Masallı rayon Ağsaqqallar şurasının növbəti hesabat seçki konfransı keçirilib.
Konfrans iştirakçıları əvvəlcə ulu öndərin adını daşıyan Parkda Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Rayon ziyalıları, ağsaqqallar və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi hesabat-seçki konfransında Masallı rayon Ağsaqqallar şurasının sədri Ələşrəf Niftiyevin 2016-cı ilin 14 dekabrından 2019-cu ilə kimi olan dövr ərzində məruzəsi dinlənilib. Ə.Niftiyev Azərbaycan cəmiyyətində ağsaqqallıq missiyasının əhəmiyyətindən danışıb. Bildirib ki,cəmiyyətin düzgün istiqamətdə inkişaf etməsində ağsaqqal məsləhətinə hər zaman ehtiyac var. Ağsaqqallar müdrikliyin, təcrübənin simvoludur.
 
Masallı Rayon İcra Hakimiyyəti başçısı cənab Rafil Hüseynov ağsaqqala olan hörmət və ehtiramın Azərbaycan cəmiyyətinin xarakterik cəhəti kimi milli düşüncəmizin dərinliklərində kök salmış möhkəm ənənə olduğunu vurğulayıb. Rayon rəhbəri əlavə edib ki, gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara böyük ehtiyac var.
Konfransda təftış komissiyası sədrinin müavini Tofiq Qubadov, Prezident təqaüdçüsü Şirvan Əbilov, Ərkivan ərazi ağsaqqallar şurasının sədri Şərafət Əzimov, Həsənli ərazi ağsaqqallar şurasının sədri Yusif Hüseynov, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının rayon şöbəsinin sədri Məmmədağa Şiriyev, Türkoba ərazi ağsaqqallar şurasının sədri Səyyad Quliyev və başqaları çıxış ediblər.
Ağsaqqallar şurasının şura üzvlüyünə namizədlər elan edilib, şuranın üzvləri və sədrlər müəyyənləşib. Səsvermə nəticəsində 51 şura üzvündən 15 nəfəri idarə heyətinə üzv seçilib. İdarə heyətinin üzvü Ələşrəf Nuru oğlu Niftiyev yenidən Masalılı rayon Ağsaqqallar şurasının sədri seçilib.
Ələşrəf Niftiyev bu məsuliyyətli işin öhdəsindən gəlmək üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.
Konfransda Tofiq Qubadov təftış komissiyası sədri, Siyab Şirəliyev müavini seçilib.
Konfransda ağsaqqallar şurasının yeni seçilən üzvləri ağsaqqallara dövlət səviyyəsində göstərilən hörmət və ehtiramdan danışıblar. Bildirilib ki, ulu öndər Heydər Əliyev siyasətinin davamı olaraq Prezident İlham Əliyevin ağsaqqallara böyük diqqət göstərir, onları mənəvi sərvət kimi dəyərləndirir.
Hesabat-seçki konfransının sonunda rayon ağsaqqalları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət ünvanlanıb.

 
“Yeni həyat”,
www.yeniheyet.az 
 шаблоны для dle 11.2
Вернуться назад