Главная > Siyasət / Mədəniyyət > Masallıda Milli Mətbuat Günü qeyd olunub

Masallıda Milli Mətbuat Günü qeyd olunub


24-07-2019, 18:42. Разместил: yeni321
Masallıda Milli Mətbuat Günü qeyd olunub

Masallı rayonunda Milli Mətbuat Günü qeyd olunub.
Tədbirdə KİV nümayəndələri – aparıcı respublika qəzetlərinin və telekanalların bölgə müxbirləri, rayon qəzetinin əməkdaşları iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə dünyasını dəyişmiş jurnalistlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Masallı Rayon İcra Hakimiyyətinin inzibati binasında media təmsilçilərilə görüşən rayon rəhbəri Rafil Hüseynov jurnalistləri 22 iyul – Milli Mətbuat günü münasibəti ilə təbrik edib. RİH başçısı qeyd edib ki, Azərbaycan milli mətbuatı özünəməxsus ənənələr yaratmış və şanlı jurnalistlər nəsli yetişdirmişdir. Bu gün hamımızın bayramıdır.
Natiq ölkədə siyasi plüralizmin təmin edilməsini, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinə əlverişli şərait yaradılmasını dövlət siyasətlərindən biri kimi dəyərləndiib, kütləvi informasiya vasitələrinə dövlət dəstəyini xüsusi qeyd edib.
O, bildirib ki, Azərbaycanda demokratik mətbuatın formalaşmasında, azad fikrin ifadəsi yolunda ulu öndər Heydər Əliyevin həyata keçirdiyi islahatlar əvəzsiz olmuşdur. Ümummilli lider Heydər Əliyev demokratik dövlət quruculuğu prosesində kütləvi informasiya vasitələrinin rolunu daim yüksək qiymətləndirmiş, Azərbaycanda senzuranın ləğvi və bir sıra digər tədbirlərlə mətbuatın inkişafına böyük dəstək vermişdir. Çox əlamətdar və xoş haldır ki, mətbuatımızın inkişafına, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş siyasət bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən ardıcıl surətdə və daha geniş miqyasda davam etdirilir. Dövlət başçımızın Sərəncamına əsasən KİV işçiləri üçün inşa edilmiş yaşayış binaları bunun bariz nümunəsidir. Təbii ki, ölkəmiz, Bakı dəyişir və Masallı da dəyişir. Masallı şəhəri bundan da gözəl olacaq. Buna görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarıq.
İcra başçısı Masallıda gedən tikinti-abadlıq və quruculuq işləri, yeni yaradılacaq infrastruktur layihələri və açılacaq iş yerləri barədə məlumat verib.
Bölgə müxbirləri Bağır Əliyev (AZƏRTAC), Əlisəfa Həsənov ("Respublika"), Əli Nəcəfxanlı ("Xalq qəzeti") və başqaları ölkəmizdə milli mətbuatın inkişafı istiqamətində görülən işlərdən danışaraq KİV nümayəndələrinə həmişə qayğı göstərdiyi üçün dövlətimizin başçısına, eləcə də əlverişli şəraitin yaradıldığına görə Masallı rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Sonra "Masallı oteldə" – bayram süfrəsi arxasında davam edən tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısının müavini Adəm Məhərrəmov mətbuat nümayəndələrini Milli Mətbuat Günü münasibəti ilə təbrik edib, qələm sahiblərinə yeni yaradıcılıq uğurları arzulayıb.
Mətbuat işçilərindən İsmayıl Cəfərli ("ARB"), Əliüseyn Şükürov ("Yeni həyat") və başqaları dövlətimizin başçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və rayon rəhbərliyinə göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edilib ki, Masallı rayonunda aparılan geniş quruculuq işlərində, rayonun inkişafı üçün zəhmətkeşlərin səfərbər edilməsində göstərdiyi xidmətə görə və 22 iyul Milli Mətbuat və Jurnalistika Günü münasibətilə Masallı Rayon İcra Hakimiyyətinin orqanı həftəlik “Yeni həyat” qəzetini və baş redaktorunu H.B.Zərdabi Diplomları ilə təltif etmişdir.
Görüşdə yerli mətbuatda Masallı ilə bağlı məsələlərin işıqlandırılmasını yaxşı hal kimi qeyd edən jurnalist həmkarları qəzetin daha məzmunlu və görüntülü çıxması üçün “Yeni həyat”çılara yaradıcılıq uğurları arzulayıblar.
Süfrə arxasında jurnalistlər fikir mübadiləsi aparıb, yaradıcılıq planlarından danışıblar.
Sonda mətbuat nümayəndələrinə mükafatlar verilib.
 
 
 

Akif AĞAYEV,
“Yeni həyat”,
www.yeniheyet.az 
 шаблоны для dle 11.2
Вернуться назад