Главная > Siyasət > Masallıda “Heydər Əliyev məfkurəsinin gənclər arasında təbliği” mövzusunda ekskursiya

Masallıda “Heydər Əliyev məfkurəsinin gənclər arasında təbliği” mövzusunda ekskursiya


19-09-2019, 08:47. Разместил: yeni321
Masallıda “Heydər Əliyev məfkurəsinin gənclər arasında təbliği” mövzusunda ekskursiya

Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclər arasında geniş təbliğ edilməsi məqsədi ilə “Heydər Əliyev məfkurəsinin gənclər arasında təbliği” mövzusunda Masallı şəhər Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edilib.
Tədbirdə rayon gənclər və idman idarəsinin rəisi Camal Manfov bildirmişdir ki, yeniyetmə və gənclərin iştirak etdikləri ekskursiya ulu öndər Heydər Əliyevin irsinin öyrənilməsi, yeni nəslin milli-mənəvi dəyərlər və ənənələrə bağlı ruhda böyüməsi, Azərbaycan və dünya tarixi, mədəni və elmi-texniki tərəqqi barədə biliklərinin artırılması məqsədi ilə təşkil olunub.
Ekskursiya çərçivəsində iştirakçılara Mərkəzin əməkdaşı, elmi işçi Rəşad Dadaşov tərəfindən ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində və qorunmasında göstərdiyi müstəsna xidmətlər barədə ətraflı məlumatlar vermişdir. Eyni zamanda yeniyetmə və gənclər Mərkəzin muzey bölməsində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən fotostendlərlə yaxından tanış olmuşlar.
Ekskursiyanın sonunda xatirə fotosu çəkdirilib.

“Yeni həyat”,
www.yeniheyet.az




шаблоны для dle 11.2
Вернуться назад