Главная > Siyasət / İqtisadiyyat > “Əsrin müqaviləsi”nin imzalanmasının 25 illiyi və Neftçilər günü

“Əsrin müqaviləsi”nin imzalanmasının 25 illiyi və Neftçilər günü


23-09-2019, 08:33. Разместил: yeni321
“Əsrin müqaviləsi”nin imzalanmasının 25 illiyi və Neftçilər günü

“Əsrin müqaviləsi”nin imzalanmasının 25 illiyi və 20 sentyabr-Neftçilər günü münasibətilə Masallı rayon MKS-nin və R.Tağıyev adına Masallı Tarix - Diyarşünaslıq muzeyinin birgə təşkilatçılığı ilə tədbir keçirilb.
Tədbiri giriş sözü ilə açan Masallı MKS-nin direktoru Əhləddin Nəzərov sentyabrın 20-də “ Xəzər dənizinin Azərbaycan sektorunda “ Azəri”,” Çıraq” yataqlarının və “ Günəşli” yatığının dərinlikdə yerləşən hissəsinin birgə  işlənməsi və neft hasilatının pay bölgüsü haqqında “ Azərbaycanla dünyanın tanınmış neft şirkətləri arasında sazişin imzalanmasının 25-ci il dönümünün tamam olunmasını,bu tarixi hadisənin xalqımızın yaddaşında əbədi yaşayacağını bildirib.
Masallı MKS-nin işçisi Ş.Nəsirova Ulu öndər Heydər Əliyevin hakimiyyətə yenidən gəlməsi,müstəqil Azərbaycanımızın inkişaf dövrünə addım atmağından,” Əsrin müqaviləsi”nin Azərbaycanın neft və yeni iqtisadiyyat tarixinin şanlı səhifəsinin açılmasıdan geniş məruzə ilə çıxış etdi.
Muzeyin direktoru, Əməkdar Mədəniyyət işçisi Əntiqə Tağıyeva “Əsrin müqaviləsi” nin dövlətimizin yeni və inkişaf dövrün başlanğıcını qoyduğunu , Ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı Möhtərəm Prezitentimiz cənab İlham Əliyev bu yolu səmərəli sürətdə inkişaf etdirməyindən, Azərbaycanımızın günü –gündən çiçəklənməsindən danışdı.
Sonda tədbir iştirakçıları neft sənayesi müəssisələrində çalışan bütün nefrçiləri peşə bayramı münasibətilə təbrik etdi.

“Yeni həyat”,
www.yeniheyet.az


шаблоны для dle 11.2
Вернуться назад