Главная > Siyasət / Təhsil > “Heydər Əliyev və Masallı”

“Heydər Əliyev və Masallı”


9-10-2019, 18:15. Разместил: admin44
Masallı şəhər Heydər Əliyev Mərkəzində tarix dərsi 

Oktyabrın 9-da Masallı şəhər Heydər Əliyev Mərkəzində şəhər 3 nömrəli tam orta məktəb şagirdlərinin iştirakı ilə növbəti dəfə tarix dərsi keçirilib.
İlk öncə Mərkəzin direktoru Dilbər İbayeva şagirdlərə ulu öndər Heydər Əliyevin Masallı rayonuna səfərləri haqqında geniş məlumat verərək bildirib ki, ümummilli lider Heydər Əliyevin Masallı rayonuna tarixi səfərləri 1980 və 1998-ci illərdə olub. Regionlara səfəri çərçivəsində dahi rəhbər ictimaiyyətlə görüşüb, onlara qayğısını bildirməklə yanaşı, tövsiyə və tapşırıqlarını verib.
1980-ci ilin payızında Masallının tarixində qeyri-adi günlərdən biri yaşanırdı. Çünki, həmin gün Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev Masallı torpağına gəlmişdi. Hamı Heydər Əliyevi böyük sevinclə qarşıladı. Ona rayonun bütün sahələri - tərəvəzçilik, üzümçülük, heyvandarlıq, çayçılıq üzrə il ərzində rayonun göstəriciləri barədə geniş və məzmunlu məlumatlar verildi, - deyə Masallı şəhər Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva söhbətinə davam edir: -Ulu öndəri gül-çiçək dəstələri ilə qarşılayan, rayon haqqında geniş məlumat verən Şərəfə kənd orta məktəbin indiki tarix müəllimi (o zaman Masallı rayonunun Sabir adına sovxozun qabaqcıl tərəvəzçisi və Azərbaycan SSRİ Ali Sovetinin deputatı) Sərmayə Musayeva xatirələrini belə izah etdi ki, çox həyəcanlı idim, amma ulu öndərin sadəliyi və səmimiyyəti həyəcanıma son qoydu. O dövrün bütün gəncləri kimi mənim də həyatımda bu görüşün çox böyük rolu olmuşdur. Ümumilli liderlə görüşüm və onun tövsiyələri həyatımda dönüş, özümə inam yaratdı...
Heydər Əliyev respublikaya rəhbərlik etdiyi dövrlərdə Azərbaycanın bütün regionları ilə yanaşı Masallı rayonunun inkişafına böyük diqqət və qayğı göstərmiş və vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm işlər həyata keçirmişdir. Ulu öndər Masallı vətəndaşlarının vətənə olan sevgisini,zəhmətə bağlılığını görərək Masallı haqqında demişdir: “Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır.”
Qeyd edək ki, Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə Masallı rayonunda kənd təsərrüfatının inkişafı şaxələnmiş və geniş vüsət almışdır. Bacarıqlı rəhbər Heydər Əliyevin diqqəti sayəsində Masallı rayonunda çay plantasiyaları salınmasının əsası qoyulmuşdur. Masallının tərəvəzçilik, əkinçilik və heyvandarlıq rayonu olduğunu nəzərə alaraq suya olan tələbatı ödəmək üçün Viləşçay Su Dəryaçasının tikintisi həyata keçirilmiş və istismara verilmişdir. Masallı şəhərində vətəndaşların mənzil şəraitlərinin yaxşılaşdırılması məqsədilə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Masallı Panel zavodunun tikintisinin həyata keçirilməsi reallaşmış və hündür mərtəbəli binaların tikilməsi sürətlə davam etdirilmişdir. Vətəndaşların fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi məqsədilə 1982-ci ildə Masallıda Elektrik yarımstansiyası tikilib istifadəyə verilmişdir.
Maarifləndrimə tədbirinin sonunda şagirdlərlə mövzu ətrafında diskusiyalar aparılıb. 
 

“Yeni həyat”,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад