Главная > Siyasət / Manşet > BMTİP-nin nümayəndələri Masallıda

BMTİP-nin nümayəndələri Masallıda


29-11-2017, 19:06. Разместил: yeni321
 
BMTİP-nin nümayəndələri Masallıda 

29 noyabr 2017-ci il tarixdə BMT İnkişaf Proqramının nümayəndələri Masallı rayonunda səfərdə olublar.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov tərəfindən səmimi qarşılanan BMTİP-nin nümayəndəliyi ilə işgüzar görüş keçirilib. Rayon İcra Hakimiyyətində baş tutan görüşdə R.Hüseynov qonaqları salamlayıb və onları Masallıda görməkdən məmnun olduğunu bildirib.
Daha sonra RİH başçısı qonaqlara rayon haqqında məlumat verib. O, qeyd edib ki, Masallı Azərbaycanın inkişaf etmiş rayonlarındandır.
İcra başçısı Masallı, onun tarixi, kənd təsərrüfatı və sənaye potensialı, mədəniyyəti, sakinləri, onların məşğuliyyəti haqqında geniş danışıb. Rayonda kənd təsərrüfatı işlərinin böyük vüsət aldığını bildirən R.Hüseynov qeyd edib ki, sentyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilib. Müşavirədə qeyd olunub ki, rayonumuzun iqtisadiyyatının əsasını aqrar sahə təşkil edir. Əhalisinin sayı 222 min nəfər olan Masallı respublikanın ən sıx əhali yaşayan və az torpaqlı rayonları sırasındadır.
RİH başçısı Masallıda turizm üçün yaxşı şəraitin olmasını qeyd edib.
Rayon rəhbəri daha sonra bu günlərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK), ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi, BMT İnkişaf Proqramının Azərbaycandakı nümayəndəliyi, Masallı Rayon İcra Hakimiyyəti, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Məşğulluq Xidmətinin birgə təşkilatçılığı ilə keçirilən tədbiri – BMTİP-in Proqram üzrə məsul işçilərinin "Əmək yarmarkası"nın fəallığını gündəmə gətirib.
BMTİP-nin Rezident Nümayəndəsinin müavini Alessandro Frakassetti ölkəsi ilə Masallı arasında əməkdaşlığa, humanitar istiqamətlərdə müxtəlif layihələrin genişlənməsinə dəstəyini əsirgəməyəcəyini diqqətə çatdırib. Masallı RİH başçısına minnətdarlığını ifadə edib. Amerikalı qonaq dünyanın bir neçə ölkəsində olduğunu və işgüzar mövzunun bu qədər maraqlı keçdiyini, bu işin gözəl təhlilini yalnız Masallı rayon rəhbərindən aldığını diqqətə çatdırıb.
Çıxışlarda qadınların iqtisadi və sosial həyatda fəal iştiraketmə potensialının artırılması barədə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, BMTİP 1 yanvar 1986-cı ildən BMT-nin ixtisaslaşdırılmış idarəsi statusunu alıb. Proqram BMT-nin Xüsusi fondunun və inkişaf etməkdə olan ölkələrə texniki kömək və konsultasiya verən kompleks texniki yardım Proqramının əlaqələndirilməsini təşkil edir. BMT-yə üzv-ölkənin ianə verməsini Proqramın fondu tərtib edir. Hökumətlərlə birlikdə qabaqcadan kapital qoymanın yüksək prioritet proqramını həyata keçirir; ekspertlər və məsləhətçilər, həm də xüsusi avadanlıqlar verir; müqavilə xidmətləri, xaricdə təcrübə keçmək üçün təqaüd verir. Yardım iqtisadi faydalılığın analizlərini aparmaq üçün, metodik-tədqiqat institutlarının fəaliyyətinin təşkilinin və genişləndirilməsinin, təhsil və ixtisası artırmaq üçün şəraitin yaradılması, həmçinin digər az əhəmiyyəti olmayan vacib sahələrdə inzibati və institut bazalarının təkmilləşdirilməsi, inkişafı və işi üçün, kənd təsərrüfatında və sənayedə istehsalatın yüksəldilməsi üzrə layihələrə kömək etmək üçün verilir.
BMTİP-nin rəhbərliyini EKOSOS tərəfindən seçilən, qırx səkkiz üzvdən ibarət İcraiyyə şurası həyata keçirir. İnkişaf proqramının, kredit alan təqribən yüz ölkədə rezident-nümayəndəliyi var. Qərargahı Nyu-Yorkda yerləşir.
Görüşdə BMTİP-nin Koordinasiya və Əlaqələndirmə mütəxəssisi Manal Fouani, BMTİP-nin Proqram Müşaviri Leyla Fəthi, BMTİP-nin Layihə müşaviri Gülarə Hümbətova, BMTİP-nin Layihə rəhbəri Nadir Quluzadə və başqaları iştirak ediblər.
"Sahibkarlığa və Məşğullağa İqtisadi dəstək Layihəsi” mövzusunda danışılıb.
Müzakirə zamanı tədbir iştirakçılarını maraqlandıran suallara cavab verilib.
BMTİP-nin Rezident Nümayəndəsinin müavini Alessandro Frakassetti Heydər Əliyev Mərkəzində SYSLAB-ın qısa təqdimatı və layihə iştirakçıları, sahibkar qadınlarla görüşüb, "Asan Xidmət"in "ABAD" Mərkəzi ilə, Masallının gəzməli və görməli yerləri ilə tanış olublar.


                                                                                       "Yeni həyat",
                                                                              www.Yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад