Главная > Siyasət > “Bayrağına canım qurban, Azərbaycan!” – Masallıda tədbir
“Bayrağına canım qurban, Azərbaycan!” – Masallıda tədbir7-11-2019, 21:24. Разместил: yeni321 |
“Bayrağına canım qurban, Azərbaycan!” – Masallıda tədbir Noyabrın 7-də Masallıda 9 noyabr “Dövlət Bayrağı Günü”nə həsr olunmuş “Bayrağına canım qurban, Azərbaycan!” mövzusunda tədbir keçirilib. N.Gəncəvi adına şəhər Mədəniyyət Mərkəzindəki tədbir Masallı rayon Gənclər və İdman İdarəsinin , Masallı Dövlət Regional Kollecinin və YAP Masallı Rayon Təşkilatının birgə təşkilatçılığı ilə düzənlənib. Tədbirdə Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov bildirib ki, üçrəngli bayrağın dövlət rəmzi kimi bərpası təşəbbüsü ilk dəfə ümummilli lider Heydər Əliyev tərəfindən irəli sürülüb. Ulu öndərin siyasi kursunun davamçısı ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycanda Dövlət Bayrağı Gününün təsis edilməsi barədə sərəncamı gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Masallı Dövlət Regional Kollecinin direktoru Vidadi Nəzərov Dövlət Bayrağının hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi, müstəqil dövlətimizin şərəfi, qüdrəti olduğunu və gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında böyük rol oynadığını qeyd edib. YAP Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev Azərbaycan tarixində mühüm rol oynayan bu gün haqqında, eləcə də bayraq sözünün etimologiyası, ulu öndərimiz Heydər Əliyevin bayrağımız uğrunda apardığı siyasəti, Azərbaycan bayrağının bu günümüzə qədər keçdiyi tarixi yolu barədə məlumat verib. Tədbirdə “Masallı Ziyalıları” İctimai Birliyinin sədri Qardaş Fətullayev və başqaları çıxış edərək Dövlət bayrağı günü münasibəti ilə tədbir iştrakşılarını təbrik ediblər. Rəsmi hissədən sonra tələbələrin iştirakı ilə “Bayrağına canım qurban, Azərbaycan!” adlı tamaşa kompozisiya nümayiş etdirilib. Sonda bir neçə ictimai fəal təşkilat komitəsi tərəfindən fəxri fərman və bayraqlarla təltif olunub. “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |