Главная > Siyasət / Təhsil > “Ölkəmizi tanıyaq!” — Qax, Şəki, Balakən və Zaqatala məktəbliləri Masallıda
“Ölkəmizi tanıyaq!” — Qax, Şəki, Balakən və Zaqatala məktəbliləri Masallıda15-11-2019, 14:50. Разместил: yeni321 |
Qax, Şəki, Balakən və Zaqatala məktəbliləri Masallıda “Ölkəmizi tanıyaq!” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın növbəti mərhələsi çərçivəsində Qax, Şəki, Balakən və Zaqatala məktəbliləri noyabrın 15-də səhər saatlarında Masallıya gəliblər. Tur-aksiyanın iştirakçılarını Masallı Rayon İcra Hakimiyyətinin məsul işçiləri, müəllimlər və ictimaiyyətin nümayəndələri qarşılayıblar. Masallı şəhərindəki Sənaye Məhəlləsində məktəblilərin qarşılanması mərasimində çıxış edən Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova tur-aksiya iştirakçılarını rayon rəhbəri adından salamlayaraq maarifləndirici layihənin əhəmiyyətindən danışıb. Məktəblilər Bayraq Meydanı və Azərbaycanın Dövlət Rəmzləri Muzeyinə də səfər ediblər. Tur-aksiya iştirakçıları "ASAN həyat" kompleksindəki “ASAN xidmət” və ABAD Mərkəz, İncəsənət Məktəbi və kinoklubla tanış olub, İntellektual Mərkəzdə Masallı məktəblilərinin "Breyn-rinq" yarışını izləyiblər. Qonaqlar şəhərin Heydər Əliyev Mərkəzində olub, ulu öndərin abidəsi önünə gül-çiçək düzüblər. Məktəblilər Masallı Uşaq İncəsənət Məktəbinə ekskursiya ediblər. Masallı Tarix-Diyarşünaslıq Muzeyi ilə tanışlıq da məktəblilərin böyük marağına səbəb olub. Heydər Əliyev Mərkəzindəki ağsaqqallar klubunda qonaqlar çay süfrəsinə dəvət olunublar. Masallı ilə tanışlıq qonaqların yaddaşında zəngin iz buraxıb. Qrup rəhbərlərindən – şəkili müəllim Məmməd Qədirov, Balakəndən Cahangir Alqayev, Zaqataladan Zaur Hüseynzadə, Qaxdan Orxan Səmədov "Yeniheyat.az”-a müsahibələrində bildiriblər ki, bu layihənin həyata keçirilməsi ölkə gənclərinin vətənpərvərlik, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunması, məktəblilərin dünyagörüşünün daha da zənginləşməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Müəllim və şagirdlərə bu imkanı yaradan dövlətimizin başçısına minnətdarlığımızı bildiririk. “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |