Главная > Siyasət / Təhsil > Beyləqan, Füzuli, İmişli, Saatlı və Sabirabad məktəbliləri Masallıda

Beyləqan, Füzuli, İmişli, Saatlı və Sabirabad məktəbliləri Masallıda


19-11-2019, 17:29. Разместил: yeni321

Beyləqan, Füzuli, İmişli, Saatlı və Sabirabad məktəbliləri Masallıda 

“Ölkəmizi tanıyaq!” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın növbəti mərhələsi çərçivəsində Beyləqan, Füzuli, İmişli, Saatlı və Sabirabad məktəbliləri noyabrın 19-da Masalıya gəliblər.
Tur-aksiyanın iştirakçılarını Masallı Rayon İcra Hakimiyyətinin məsul işçiləri, müəllimlər və ictimaiyyətin nümayəndələri qarşılayıblar.
Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində məktəblilərin qarşılanması mərasimində çıxış edən Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunmuş tur-aksiya iştirakçılarını rayon rəhbəri Rafil Hüseynovun adından salamlayaraq maarifləndirici layihənin əhəmiyyətindən danışıb.
Tur-aksiyanın iştirakçıları ümummilli liderin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, Heydər Əliyev Mərkəzində böyük rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.
Məktəblilər Masallı Uşaq İncəsənət Məktəbinə ekskursiya ediblər. Masallı Tarix-Diyarşünaslıq Muzeyi ilə tanışlıq da məktəblilərin böyük marağına səbəb olub. Sonra qonaqlar çay süfrəsinə dəvət olunublar.
Məktəblilər Bayraq Meydanı və Azərbaycanın Dövlət Rəmzləri Muzeyinə də səfər ediblər.
Tur-aksiya iştirakçıları "ASAN həyat" kompleksindəki “ASAN xidmət” və ABAD Mərkəz, İncəsənət Məktəbi və kinoklubla tanış olub, İntellektual Mərkəzdə Masallı məktəblilərinin "Breyn-rinq" yarışını izləyiblər.
Masallı şəhərindəki Sənaye Məhəlləsi ilə tanbışlıq və gəzinti məktəblilərdə böyük maraq oyadıb.






 
“Yeni həyat”,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад