Главная > Siyasət > Masallı RİH başçısının Qodman ərazisində səyyar görüş-qəbulu
Masallı RİH başçısının Qodman ərazisində səyyar görüş-qəbulu27-11-2019, 17:54. Разместил: yeni321 |
![]() Noyabrın 27-də Masallı Rayon İcra Hakimiyyəti başçısının qrafikə uyğun olaraq növbəti səyyar görüş-qəbulu Qodman ərazisində keçirilmişdir. Səyyar görüş-qəbulda rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərləri, həmçinin 100-ə yaxın kənd sakini iştirak etmişdir. Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin, eləcə də son vaxtlar əhalinin rifah halının yaxşılaşdırılması, sosial problemlərin həlli istiqamətində ölkə rəhbərinin imzaladığı fərman və sərəncamların geniş icmalını verib, regionlara göstərilən diqqəti nəzərə çatdırıb, Masallıda görülən abadlıq-quruculuq işlərindən bəhs edib. O cümlədən cənab Prezidentin tapşırığına əsasən Masallı rayonunda görülən işlər barədə ətraflı məlumat vermişdir. ![]() ![]() Sonra rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov sakinlərdən onları narahat edən məsələlər barədə məlumat və təklif vermələrini istəmişdir. Kənd sakinlərindən Bəhram Yaqubov, Ruzbek Əsədzadə, Hacı Şədulla Usubov, Cavanşir Rəhmətov və başqaları uçaqların təhsili, elektrik və qazın fasiləsiz verilməsi, ağac əkilməsi və sair məsələləri gündəmə gətirmişlər. ![]() Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermişdir. Əksər məsələlər yerində həll olunmuş, digərləri nəzarətə götürülmüşdür. “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |