Главная > Siyasət > Masallıda ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib
Masallıda ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib28-11-2019, 19:54. Разместил: yeni321 |
Masallıda ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib Noyabrın 28-də Masallı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 23 dekabr 2019-cu il tarixində keçiriləcək bələdiyyə seçkilərilə əlaqədar "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramının Tədbirlər Planının 5.7.3 yarımbəndinin icrasına uyğun olaraq bələdiyyə seçkilərində ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib. Gənclər Mərkəzindəki tədbirdə rayon gənclər və idman idarəsinin rəisi Camal Manafov görüşün gənclərin ictimai həyatda rolunu artırmaq, ilk dəfə səs verəcək gənclərin seçki proseduru ilə bağlı maarifləndirilməsi və seçkilərdə aktiv iştirakı, informasiya çatışmazlığının aradan qaldırılması, vətəndaş cəmiyyətinin, eləcə də demokratiyanın inkişafına kömək göstərilməsi istiqamətinə ünvanlandığını bildirib. Dəyirmi masada 70 saylı Masallı şəhər Dairə Seçki Komissiyasının katibi Sərxoş Nuriyev,71 saylı Masallı kənd DSK-nın üzvü Arif Mehtiyev seçkilərin əsas prinsipləri, seçkilər haqqında qanunvericilik, seçki Məcəlləsi, vətəndaşların hüquqları, səsvermə qaydaları, seçici siyahıları və səsvermə sənədləri, seçki məntəqəsində səslərin hesablanması, müşahidəçilik institutu, seçki qanunvericiliyini pozmağa görə məsuliyyət və s. barədə məlumat veriblər. Masallı Rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev çıxış edərək gəncləri qarşıdan gələn bələdiyyə seçkilərində fəal olmağa çağırıb. Mövzu ilə bağlı gənclər fikirlərini bildirib, sualları cavablandırılıb. Fəal gənc Əliəfsər Ağayev Masallı rayon gənclər və idman idarəsi tərəfindən qiymətli hədiyyə ilə mükafatlandırılıb. Sonda iştirakçılara maarifləndirici bukletlər paylanılıb. Akif AĞAYEV, “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |