Главная > Siyasət > Masallıda gənc çağırışçılarla görüş keçirilib

Masallıda gənc çağırışçılarla görüş keçirilib


4-12-2019, 20:34. Разместил: yeni321
“Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi”

Dekabrın 4-də Masallı şəhərindəki Gənclər Mərkəzində rayon gənclər və idman idarəsinin, SHXÇDX-nin rayon şöbəsinin birgə təşkilatçılığı ilə “Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi” mövzusunda dəyirmi masa keçirilib.
Çağırışçı gənclərin iştirakı ilə keçirilən tədbirdə Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ordu quruculuğu işinin uğurla davam etdirildiyini bildirib.
Rayonda çağırışçı gənclərin həqiqi hərbi xidmətə böyük həvəslə, ruh yüksəkliyi ilə yola düşdüyünü vurğulayan idarə rəisi gənclərə hərbi xidmətdə olduqları müddətdə komandirlərin əmr və göstərişlərinə sözsüz əməl etməyi, hərbi texnikanın sirlərinə dərindən yiyələnməyi tövsiyə edib.
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatı rayon şurasının sədri Məmmədağa Şiriyev, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Nahid Rəhimov, “Tərəqqi Gəncliyin İnkişafı” İctimai Birliyinin sədri Raci Səfərov və başqaları gənclərə Vətən qarşısında müqəddəs borclarını şərəflə yerinə yetirməyi, düşmən taptağı altında olan torpaqlarımızı azad etmək üçün hərbi sirlərə mükəmməl yiyələnməyi tövsiyə ediblər.
Gənc çağırışçılar Vətənə xidmət edəcəklərindən qürur duyduqlarını və ən böyük arzularının işğal altındakı torpaqlarımızı düşmən tapdağından azad etmək olduğunu diqqətə çatdırıblar.
Sonda gənc çağırışçılara qiymətli hədiyyələr və Azərbaycanın dövlət bayrağı hədiyyə edilib.
“Yeni həyat”,
www.yeniheyet.az


шаблоны для dle 11.2
Вернуться назад