Главная > Siyasət > Masallıda genişmiqyaslı ağacəkmə kampaniyası

Masallıda genişmiqyaslı ağacəkmə kampaniyası


6-12-2019, 15:48. Разместил: yeni321

Masallı sakinləri ağacəkmə aksiyasına yüksək əhval-ruhiyyə ilə qoşulublar

Dekabrın 6-da Masallı rayonun Təklə inzibati ərazisində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycanın dahi şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş kütləvi ağacəkmə kampaniyası keçirilmişdir. Kampaniya çərçivəsində ümumilikdə 5000 ədəd ağac əkilmişdir.
Aksiyada Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatın məsul işçiləri, YAP rayon təşkilatının rəhbərliyi və fəalları, idarə və təşkilatların təmsilçiləri, dövlət və özəl qurumların əməkdaşları, təhsil işçiləri, ictimaiyyət nümayəndələri iştirak edib.
Havanın yağışlı olmasına baxmayaraq Masallı sakinləri aksiyaya yüksək əhval-ruhiyyə ilə qoşulub.
İlk tingi torpağa basdıran Masallı rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov ağacəkmə kampaniyasına xeyir-dua verərək deyib: “Masallı sakinləri adından böyük şairimiz İmadəddin Nəsiminin irsinin daha geniş təbliği, eyni zamanda, yaşıllıqların artırılması, ekoloji mühitin sağlamlaşdırılması məqsədi daşıyan bu nəcib və xeyirxah təşəbbüsü irəli sürdüyü üçün Birinci vitse-prezidentimiz Mehriban Əliyevaya, o cümlədən ağacəkmə aksiyasına qoşulan insanlara təşəkkürümü bildirirəm. ”
Məlumat üçün bildirək ki, əkilən ağaclar Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin tinglik sahəsində yetişdirilib. Ağacəkmə kampaniyasında Dövlət Meşə Fondunun 5 hektar ərazisində 5 min müxtəlif növ ağaclar, o cümlədən eldar şamı, sərv, göyrüş, ağcaqayın s. ağaclar əkilib.
Bayram əhval-ruhiyyəli humanitar aksiyada Masallı Rayon Mədəniyyət Mərkəzinin instrumental ansamblı və “Halay” folklor rəqs qrupu maraqlı konsert proqramı ilə çıxış ediblər.
Aksiyada Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Dəyanət Abdullayev iştirak edib.



 
Akif AĞAYEV,
“Yeni həyat”,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад