Главная > Siyasət / Mədəniyyət / Dünya Xəbərləri > Özbəkistanın Buxara vilayətinin nümayəndə heyəti Masallıda
Özbəkistanın Buxara vilayətinin nümayəndə heyəti Masallıda9-12-2019, 18:56. Разместил: yeni321 |
Özbəkistanın Buxara vilayətinin nümayəndə heyəti Masallıda Dekabrın 9-da Özbəkistan Respublikasının Buxara vilayətinin nümayəndə heyəti Masallı rayonuna səfər edib. Özbəkistanlı qonaqlar və Masallı Rayon İcra Hakimiyyətinin rəhbərliyi əvvəlcə şəhərin Heydər Əliyev Parkında ümummilli liderin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Daha sonra qonaqlarla rayon icra hakimiyyətində görüş keçirilib. Görüşdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov Azərbaycan və Özbəkistan xalqlarının tarixi dostluq əlaqələrindən, ümummilli lider Heydər Əliyevin və Özbəkistan Respublikasının dövlət rəhbərlərinin qarşılıqlı səmimi manasibətləri sayəsində bu dostluğun daim möhkəmləndiyini və bu gün də davam etdiyini xüsusi vurğulayıb. İcra başçısı nümayəndə heyətinə Masallının sosial-iqtisadi və mədəni həyatı, Prezident İlham Əliyevin diqqət və qayğısı ilə rayonda həyata keçirilən genişmiqyaslı quruculuq-abadlıq işləri, uğurla yerinə yetirilən infrastruktur layihələri barədə ətraflı məlumat verib. Görüş zamanı rəsmi səfərdə olan Buxara vilayət hakiminin müavini Vahid Hiyezovun, vilayət Mədəniyyət idarəsi rəhbərinin müavini Qalibcon Barotovun, vilayət Dövlət Filormoniyasının rəhbəri Rauf Avezovun, Özbəkistan Nazirlər Kabineti yanında xarici ölkələrlə dostluq əlaqələri, millətlərarası münasibətlər üzrə Komitənin sədr müavini Firuz Bekovun və Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinovun daxil olduğu nümayəndə heyətinə Azərbaycanın ən çox əhalisi (227 min 200 nəfər), sıx və böyük rayonlarından biri olan Masallı, onun tarixi, kənd təsərrüfatı və sənaye potensialı, mədəniyyəti, eləcə də sakinlərinin məşğuliyyəti haqqında ətraflı məlumat verilib. XX əsrin sonlarında Azərbaycan ərazisində mənfur ermənilər ölkəmizin 20 faiz torpaqlarını işğal etmiş, 1 milyondan çox soydaşımızı doğma torpaqlarından qovmuşdur. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi barədə BMT-nin 4 qətnaməsi indiyədək icra edilməmişdir. Lakin biz beynəlxalq hüquqa əsaslanaraq sülh yolu ilə torpaqlarımızı işğaldan azad etmək istəyirik. Azərbaycan xalqı sülsevən, qonaqpərvər xalqdır. Ölkəmizdə toleorantlıq hamının diqqətini cəlb edir. Dövlətimiz qüdrətlidir. Bildirilmişdir ki, bazaar iqtisadiyyatı ilə inkişaf edən ölkəmizin bir parçası olan rayonun torpaqları münbitdir, sahibkarlığın inkişaf etdirilməsi üçün bütün infrastruktur mövcuddur və lazım olan şərait yaradılır. Nümayəndə heyətini maraqlandıran sualları rayonun rəhbəri ətraflı cavablandırıb. Görüş və Masallı ilə tanışlıq cay süfrəsi ətrafında səmimi dialoq şəraitində başa çatıb. Səmimi qəbula görə minnətdarlıq edən özbəkistanlı qonaqlar belə qarşılıqlı səfərlərin, mədəni mübadilələrin hər iki qardaş xalqı daha da yaxınlaşdıracağına və gələcək əməkdaşlıq üçün geniş perspektivlər açacağına əmin olduqlarını bildiriblər. Səfər zamanı özbəkistanlı qonaqların iştirakı ilə Masallı şəhər mədəniyyət mərkəzində “Özbəkistan Mədəniyyəti Günü”nün açılışı, Buxara vilayəti Dövlət Filormoniyasının musiqi kollektivinin ifasında özbək mədəniyyəti və musiqisinə dair təqdimat, özbək suvenirləri və əl işlərindən ibarət sərgi keçirilib. Qonaqlara xatirə olaraq Masallıdan olan hədiyyələr təqdim olunub. “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |