Главная > Siyasət / Mədəniyyət > Masallıda anım tədbiri – “Böyük ömrün dastanı”
Masallıda anım tədbiri – “Böyük ömrün dastanı”11-12-2019, 17:13. Разместил: yeni321 |
![]() Dekabrın 11-də Masallı şəhər Mədəniyyət Mərkəzində ulu öndər Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar anım tədbiri keçirilmişdir. Tədbir çərçivəsində Masallı Dövlət Regionalı Kolleci tələbələrinin ifasında "Böyük ömrün dastanı" adlı ədəbi-bədii kompozosiya təqdim edilmişdir. Əvvəlcə dahi lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. ![]() ![]() Masallı Rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev və gənc Heydərçi Cəbrayıl Əlili çıxışlarında ulu öndərin həyat yolunun bəzi məqamlarından danışmış, müstəqilliyiumizin və dövlətçiliyimizin möhkəmlənməsi, Azərbaycanın qüdrətlənməsi yolunda apardığı məqsədyönlü siyasətindən bəhs etmişlər. ![]() Ədəbi-bədii kompozosiya tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmışdır. ![]() “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |