Главная > Siyasət > Masallıda Azərbaycan xalqının Ümummilli Lideri anıldı

Masallıda Azərbaycan xalqının Ümummilli Lideri anıldı


12-12-2019, 11:40. Разместил: yeni321
Masallıda Azərbaycan xalqının Ümummilli Lideri anıldı

Dekabrın 12-də Masallı şəhər Heydər Əliyev Parkında Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyevin anım mərasimi keçirilmişdir.
Xalqımız dahi rəhbərin, ümummilli lider Heydər Əliyevin unudulmaz xatirəsini həmişə əziz tutur. Müstəqil Azərbaycanın bugünkü inkişafı, xalqın rifahının yüksəlməsi, dövlətçiliyimizin möhkəmlənməsi ulu öndərin uzaqgörən siyasətinin bəhrələrindəndir.
Ümummilli lider Heydər Əliyevin əbədiyyətə qovuşması tarixi Azərbaycan xalqı tərəfindən həmişə böyük ehtiram və hüznlə yad edilir. Masallıda da ulu öndərin 16-cı ilinin anım günü dərin hüznlə keçirildi. Həmin gün ulu öndərin adını daşıyan parkda böyük izdiham vardı. Rayonun şəhər, qəsəbə və kəndlərindən gələnlərin yolu bu parkda birləşirdi.
Səhər saatlarından başlayan mərasimə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, aparatın rəsmiləri, YAP rayon təşkilatı idarə heyətinin üzvləri, rayonun hüquq-mühafizə orqanları, idarə-müəssisə və təşkilatların rəhbərləri, məktəblilər, ziyalılar, dindarlar, Qarabağ Müharibəsi veteranları, ictimaiyyət nümayəndələri dahi rəhbərin abidəsi önünə qərənfillər qoyaraq xatirəsini ehtiramla yad etdilər. Mərasim iştirakçıları ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi dövrləri ölkəmizin inkişaf etdiyini, dünyada tanındığını xatırladılar. Xüsusilə ötən əsrin 90-cı illərindən ölkədə iqtisadi geriləmə, xaos yarananda bu böyük problemlərin öhdəsindən məhz Heydər Əliyev gəldi. Azərbaycanı dərin uçurumlardan xilas etdi. Ölkədə iqtisadi islahatlar, təhsilin, səhiyyənin, sənayenin inkişafı üçün həyata keçirdiyi tədbirlər bugünkü qüdrətli Azərbaycanın şöhrətlənməsinə təkan verdi. Odur ki, ulu öndər Heydər Əliyevin adı həmişə yaşayacaq, əziz xatirəsi heç vaxt unudulmayacaq. Ulu öndərin anımı günün sonuna kimi davam etdi. Masallılar böyük insanın xatirəsini böyük məhəbbət və ehtiramla yad etdilər.
Rayonun ayrı-ayrı ərazilərində də ümummilli lider Heydər Əliyevin xatirəsi anılmışdır.




 

“Yeni həyat”,
www.yeniheyet.az
 шаблоны для dle 11.2
Вернуться назад