Главная > Siyasət > Masallı Rayon İcra hakimiyyəti başçısının gənclər və ağsaqqallarla görüşü

Masallı Rayon İcra hakimiyyəti başçısının gənclər və ağsaqqallarla görüşü


14-12-2019, 21:17. Разместил: yeni321
Masallı Rayon İcra hakimiyyəti başçısının gənclər və ağsaqqallarla görüşü 

Dekabrın 14-də şəhər Mədəniyyət Mərkəzində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovun fəal gənclər və ağsaqqallarla görüşü olmuşdur.
Rayon rəhbəri rayonun ağsaqqalları – zəngin həyat və iş təcrübəsi olan, ictimaiyyət arasında nüfuz və hörmətə malik insanlarla görüşməyin çox xoş olduğunu bildirərək qeyd etmişdir ki, Sizin kimi insanlarla fikir mübadiləsi etmək, məsləhət və təkliflərinizi öyrənmək işimizə ancaq müsbət təsir göstərə bilər.
Ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycanın bütün bölgələrinin, o cümlədən Masallı rayonununda inkişafını daim diqqət mərkəzində saxlayıb və rayona həmişə lazım olan köməkliyi edib. Biz də ölkə başçının bu böyük qayğı və diqqətinin müqabilində Masallının daha da gözəl olması üçün var qüvvə ilə çalışmalıyıq.
Görülən və görüləcək işlər barədə danışan rayon icra hakimiyyətinin başçısı qeyd etmişdir ki, görülən bütün yaxşı işlər, abadlıq-quruculuq işləri, uşaqların təhsili sahəsində uğurlar, təmizlik işləri bundan sonra da davam etdiriləcək. Təkcə rayon mərkəzinin deyil, bütün ərazilərin, ucqar kəndlərin abadlaşdırılması da diqqət mərkəzindədir. Kənd yollarına asfalt döşənməsi, əhalinin içməli su ilə təminatı, qaz çəkilişi, məktəb tikintisi və məktəb binalarının əsaslı təmirdən sonra aşılışları sahəsində son illər Masallıda xeyli iş görülüb və bundan sonra da davam etdiriləcəkdir.
Masallının sabahı daha gözəl olacaqdır.
Tədbirdə çıxış edən rayonun fəal gəncləri və ağsaqqalları Masallının inkişafına hərtərəfli köməklik göstərən ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıq bildirdilər, dövlət başçısının qarşıya qoyduğu vəzifə və tapşırıqları yerinə yetirmək işində rayon rəhbərinə uğurlar arzuladılar.
Ümumrayon tədbirində yaşlı nəslin nümayəndələri və gənclər əldə edilən uğurlarla yanaşı, mövcud problemlərdən də bəhs edib və təkliflər səsləndiriblər.
Görüş iştirakçıları onların məsləhət və tövsiyyələrini dinlədiyi üçün Masallı Rayon İcra Hakimiyyətinin başçısına minnətdarlıqlarını bildirdilər.

 
“Yeni həyat”,
www.yeniheyet.az
 шаблоны для dle 11.2
Вернуться назад