Главная > Siyasət / Təhsil > Ulu öndərin həmrəylik ideyaları

Ulu öndərin həmrəylik ideyaları


27-12-2019, 22:15. Разместил: yeni321
Masallıda gənclərin Heydər Əliyev Mərkəzinə ekskursiyası 

Masallıda “Ulu öndər Heydər Əliyevin həmrəylik ideyaları” mövzusunda bir qrup gəncin Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunmuşdur
Dekabrın 27-də Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Masallı Dövlət Regional Kollecinin və Heydər Əliyev Mərkəzinin iştrakı ilə 31dekabr - Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə gənclərin vətənə məhəbbət, xalqın tarixinə hörmət və ehtiram ruhunda tərbiyə olunması və Ümummilli Lider Heydər Əliyevin zəngin irsi ilə yaxından tanış olmaq məqsədilə bir qrup gəncin Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil edilmişdir.
Ekskursiya iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin adını daşıyan Mərkəzlə tanış olmuşlar. Mərkəzin elmi işçisi Rəşad Dadaşov gənclərə Mərkəz haqqında məlumat verərək bildirmişdir ki, Mərkəzdə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən video və foto arxiv, sənədlər, eləcə də müxtəlif eksponatlar nümayiş etdirilir.
İştirakçılar sonra Heydər Əliyev Mərkəzində nümayiş etdirilən gənclərin əl işlərindən ibarət sərgisi ilə tanış olmuşlar.
Ekskursiya iştirakçıları sonra Mərkəzdə yerləşən konfrans zalında dəyirmi masa ətrafında bir araya gəlmişlər.
Tədbirdə Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov, Masallı Dövlət Regional kollecinin direktor müavini Namiq Ağayev, kollecin tarix müəllimi Nazim Əliyev, Heydər Əliyev Mərkəzinin elmi işçisi Rəşad Dadaşov çıxış edərək Ulu öndər Heydər Əliyevin Həmrəylik edalarından danışmış, gənclərimizi qarşıdan gələn Dünya azərbaycanlılarının həmrəylik günü və Yeni il münasibəti ilə səmimi qəlbdən təbrik etmişlər, onlara gələcək həyatlarında uğurlar arzulamışlar.


 
“Yeni həyat”,
www.yeniheyet.az
 шаблоны для dle 11.2
Вернуться назад