Главная > Siyasət / Mədəniyyət / Təhsil > Masallı RİH başçısının təşəkkürü

Masallı RİH başçısının təşəkkürü


30-12-2019, 14:36. Разместил: yeni321
Masallı Rayon İcra Hakimiyyəti başçısının təşəkkürü 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Masallı Olimpiya Mərkəzində Azərbaycanın xalq nağıllarının personajları əsasında hazırlanan “Cırtdan” ailəvi meqa-şousu keçirilmişdir.
31 Dekabr Dünya azərbaycanlılarının Həmrəylik Günü və Yeni il qabağı keçirilən bayram tədbirinin 3 seansında 9 minə yaxın uşaq və onları müşayiət edən valideyn iştirak etmişdir.
İştirakçıların məharətli çıxışı səhnə əsərini baxımlı edib, meqa-şou Masallının balaca tamaşaçıları tərəfindən böyük maraqla qarşılanmışdır.
 Bu münasibətlə, dekabrın 29-da Masallı Rayon İcra Hakimiyyətinin iclas zalında tədbirin təşkilatçıları və könüllüləri ilə görüş keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov geniş nitqində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşan bu layihənin həyata keçirilməsində və tədbirin reallaşmasında fəal iştirak edən RİH aparatının məsul işçiləri, müəllimlər və Dövlət Regional Kollecinin tələbələrinə, həmçinin hər bir könüllüyə ayrı-ayrılıqda təşəkkür etmişdir.
Görüş iştirakçıları onların ictimai fəallığına verilən qiymətə görə rayon rəhbərinə minnətdarlıq etmişlər.
 
“Yeni həyat”,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад