Главная > Siyasət > Masallıda maarifləndirici treninqlər keçirilib

Masallıda maarifləndirici treninqlər keçirilib


31-01-2020, 18:05. Разместил: yeni321
9 fevral Milli Məclisə seçkilər günüdür
 
Masallıda maarifləndirici treninqlər keçirilib

Milli Məclisə seçkilərlə əlaqədar məntəqə seçki komissiyalarının üzvlərinin maarifləndirilməsi üçün treninqlər keçirilib.
Mərkəzi Seçki Komissiyasının treninq qrupunun təqdim etdiyi cədvələ əsasən kiçik qruplarla keçirilən treninqlərdə 70 saylı Masallı şəhər  Seçki dairəsinin tərkibinə daxil olan 43 seçki məntəqəsində 258, 71 saylı Masallı kənd Seçki Dairəsinin tərkibinə daxil olan 42 seçki məntəqəsindən 252 nəfər komissiya üzvü iştirak edib.
Təlimləri Mərkəzi Seçki Komissiyası tərəfindən təşkil edilən “Trenerlər üçün treninq” kursunda iştirak etmiş 70 saylı seçki dairəsindən  Baba Həsənov və Məhəmməd Yusifov, 71 saylı kənd seçki dairəsi üzrə  Peyman Kərimli və Elnur Cəfərov aparıblar.
70 saylı Masallı şəhər  DSK- nın sədri İlkin Hüseynov və 71 saylı Masallı kənd Dairə Seçki Komissiyasının sədri Loğman Şahbazov treninqlərin məntəqə seçki komissiyaları üzvlərinin bilik, bacarıq və peşəkar vərdişlərinin gücləndirilməsində xüsusilə mühüm rol oynadığını bildirib, seçkilərə hazırlıq, seçkilərin keçirilməsi, məntəqə seçki komissiyalarının vəzifələri və fəaliyyətlərinin təşkili barədə ətraflı danışıblar.
Kiçik qruplar şəklində gün ərzində iki dəfə keçirilən treninq zamanı "Seçki günü məntəqə seçki komissiyaları üzvlərinin rol və vəzifələri", "Seçki günü prosesləri və müstəsna hallar", "Səslərin hesablanmasına hazırlıq. Seçki bülletenlərinin təsnifatı. Səslərin hesablanması və yekun protokolun doldurulması" mövzularında təqdimatlar edilir, müzakirələr aparılıb və suallar cavablandırılıb. Treninq zamanı, həmçinin səsvermə proseslərinə dair praktiki tapşırıqlar da icra edilib.
Dörd gün (27-30 yanvar) davam edəcək treninqlərdə bütün iştirakçılara təlimlərdə istifadə etmək və yaxından tanış olmaq üçün MSK tərəfindən hazırlanan "Seçki günü üçün Yaddaş” kitabçası, səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər zəruri material və vəsaitlər də təqdim olunub.
 
Ə.ŞÜKÜROV,
A.VAQİFOĞLU,
“Yeni həyat”,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад