Главная > Siyasət > Masallıda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının 8 illik yubileyi keçirilib

Masallıda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının 8 illik yubileyi keçirilib


13-02-2020, 15:50. Разместил: yeni321
Masallıda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının  8 illik yubileyi keçirilib
 
Fevralın 13-də Masallıda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının 8 illik yubileyi qeyd olunub.
Masallı Rayon İcra Hakimiyyətinin və SHXÇDX-nin rayon şöbəsinin birgə təşkilatçılığı ilə hazırlanmış tədbir rayon Gənclər Mərkəzində keçirilib.
Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin məsul işçiləri, SHXÇDX-nin rayon şöbəsinin rəisi, polkovnik-leytenant Vəli Rzayev və şöbənin əməkdaşları, tərxis olunmuş hərbçilər, ziyalı və ağsaqqallar, gənclər iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Tədbiri giriş nitqi ilə açan Masallı RİHB-nin hüquq şöbəsinin müdiri Məmmədhüseyn Hüseynov bildirib ki, ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Milli Ordumuz bu gün Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir, bu sahənin inkişafı istiqamətində lazimi islahatlar aparılır.
İştirakçıları rayon rəhbəri Şahin Məmmədovun adından təbrik edən M.Hüseynov Xidmət əməkdaşlarına gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
SHXÇDX-nin Masallı rayon şöbəsinin rəisi, polkovnik-leytenant Vəli Rzayev Xidmətin yaranması, inkişafı və fəaliyyəti barədə geniş məruzə ilə çıxış edib. O, çıxışında güclü iqtisadiyyata malik və sürətlə inkişaf edən ölkəmizdə müasir və qüdrətli Milli Ordunun formalaşdığını, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində həyata keçirilən hərbi islahatların, aparılan ordu quruculuğunun ölkənin müdafiə qüdrətinin artırılmasına xidmət etdiyini söyləyib.
Şöbə rəisi bildirib ki, ötən 8 ildə Xidmətdə səfərbərlik hazırlığı və səfərbərlik üzrə çağırış, Azərbaycan Silahlı Qüvvələrinin çağırışçılarla komplektləşdirilməsi, vətəndaşların hərbi-vətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı istiqamətində mühüm nəticələr əldə edilib.
Diqqətə çatdırılıb ki, dövlət siyasəti olaraq ordu quruculuğu, gənclərlə iş, hərbi vətənpərvərlik, səfərbərlik və hərbi çağırış sahəsində səlahiyyətlər çərçivəsində Masallı rayonunda məqsədyönlü tədbirlər, layihələr həyata keçirilir. SHXÇDX-nin rayon şöbəsi gənclərin həqiqi hərbi xidmətə çağırışı məsələləri yanvar, aprel, iyul, oktyabr aylarında həqiqi hərbi xidmətə çağırış kompaniyası ilə əlaqədar müvafiq çağırış komissiyalarının tərkibi təsdiq olunur, çağırış müddətində komissiyaya lazımi şərait yaradılır, tələb olunan nəqliyyat vasitələri ilə təmin olunurlar.
Belə bayramların işğal olunmuş torpaqlarımızda keçirilməsini arzulayan MƏSQ veteranlar təşkilatı rayon şöbəsinin sədri Məmmədağa Şiriyev o günün uzaqda olmadığını qeyd edib.
Şəhid Ailələri, Müharibə Veteranları və Qarabağ Qaziləri Şurası rayon şöbəsinin sədr müavini Cəmaləddin Məmmədov vurğulayıb ki, ordu quruculuğu ilə yanaşı ölkəmizdə sosial yönümlü iri layihələrin tərkib hissəsi kimi Azərbaycanın suverenliyi uğrunda şəhid olanların xatirəsinin yad edilməsi, onların ailələrinə, Qarabağ müharibəsi əlillərinə, veteranlarına göstərilən dövlət qayğısı çərçivəsində mütəmadi tədbirlər keçirilir.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı nümayəndəliyinin könüllüsü Uğur Ağazadə qeyd edib ki, rayonda gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi, sağlam inkişafı, asudə vaxtlarının səmərəli keçirilməsi daim diqqət mərkəzində saxlanılır. 
 


Akif AĞAYEV,
“Yeni həyat”,
www.yeniheyet.az
 шаблоны для dle 11.2
Вернуться назад