Главная > Siyasət > Masallıda “Xocalı qətliamı” filmi nümayiş olunub

Masallıda “Xocalı qətliamı” filmi nümayiş olunub


17-02-2020, 17:26. Разместил: yeni321
Masallıda “Xocalı qətliamı” filmi nümayiş olunub 

Masallı şəhər Heydər Əliyev Mərkəzində “Xocalı qətliamı” filmi nümayiş etdirilib.
Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Filmin nümayişindən öncə keçirilən tədbirdə Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov, Masallı şəhər Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva, təhsil şöbəsinin metodkabinetin müdiri Bəybala Xəlilov çıxış edərək Azərbaycan tarixinin acı səhifələrindən biri olan Xocalı soyqırımı barədə məlumat verib, törədilən qətliamın misli görünməmiş qəddarlıq və tarixdən silinməz bir soyqırımı olduğunu bildiriblər. Qeyd edilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələri əhalisi tamamilə azərbaycanlılardan ibarət olan Xocalını bir gecədə darmadağın edib, şəhərin dinc əhalisini etnik azərbaycanlı olduqları üçün qətliama məruz qoyub və ermənilər tərəfindən insanlara qarşı inanılmaz vəhşiliklər törədilib.
Sonra “Xocalı qətliamı” filmi nümayiş olunub.

 
“Yeni həyat”,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад