Главная > Siyasət > Masallıda FHN, DİN və Səhiyyə Nazirliyinin qurumları birgə təlim keçirib
Masallıda FHN, DİN və Səhiyyə Nazirliyinin qurumları birgə təlim keçirib20-02-2020, 15:37. Разместил: yeni321 |
Masallıda FHN, DİN və Səhiyyə Nazirliyinin qurumları birgə təlim keçirib “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar fevralın 20-də Bakı-Astara magistral avtomobil yolunun 140-cı kilometrliyində Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 11-ci taqımının ərazisində (Masallı rayonunda) təlim təşkil olunub. Yeniheyet.az AZƏRTAC-a istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən (FHN) bildiriblər ki, təlimə FHN-in, Daxili İşlər Nazirliyinin və Səhiyyə Nazirliyinin müvafiq texnika və avtomobilləri, 60 nümayəndəsi cəlb edilib. Nəqliyyatda baş verə biləcək hər hansı fövqəladə hadisənin qarşısının operativ alınması və birgə fəaliyyətin təşkili məqsədilə keçirilən təlimdə qəza xilasetmə işlərinin aparılması, yanğın təhlükəsizliyinin təmin olunması, yaralıların təxliyəsi, zərərçəkmişlərə ilkin tibbi yardımın göstərilməsi və qəza zamanı yol hərəkətinin idarə olunması üzrə əməliyyatlar həyata keçirilib. Вернуться назад |