Главная > Siyasət / Mədəniyyət > Masallıda "8 Mart beynəlxalq Qadınlar günü" qeyd olunub

Masallıda "8 Mart beynəlxalq Qadınlar günü" qeyd olunub


7-03-2020, 14:09. Разместил: yeni321
Masallıda "8 Mart beynəlxalq Qadınlar günü" qeyd olunub 

Masallı rayon İcra hakimiyyətinin inzibati binasında "8 Mart beynəlxalq Qadınlar günü" münasibəti ilə tədbir keçirilmişdir.
İlk öncə rayonun idarə, müəssisə və təşkilatlarında çalışan bir qrup qadın Masallı şəhər Heydər Əliyev Parkında ulu öndər Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər.
8 Mart Beynəlxalq Qadınlar Gününə həsr edilmiş tədbirdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov bayram münasibətilə qadınları təbrik edərək onların cəmiyyətdəki rolundan söhbət açmışdır.
Natiq çıxışında dövlətin hərtərəfli qayğısı ilə əhatə olunan Azərbaycan qadınının bu gün ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni həyatının fəal iştirakçısına çevrildiyini xüsusilə qeyd etmişdir. Azərbaycan qadınlarının ölkəmizin həyatındakı çoxşaxəli rolundan danışan rayon rəhbəri bu sahədə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, ulu öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi xidmətlərini vurğulamışdır. RİH başçısı həmçinin qeyd etmişdir ki, Azərbaycan qadınları ilə bir sırada inamla addımlayan masallılı qadınlar da bu gün iqtisadiyyatımızın gücləndirilməsində, idarəetmə, təhsil, səhiyyə, mədəniyyət, aqrar və digər sahələrdə əzmlə çalışırlar. Qadınlar cəmiyyətimizin istər ailə, istər sosial, istərsə də ictimai həyatında kişilərə yardımcı olan böyük qüvvədirlər. Qadınlar Vətənə layiqli vətəndaş, vətənpərvər insan yetişdirən və onlara tərbiyə verən anadırlar. İstərdik ki, həyatlarının bütün günü onlar üçün bayram olsun. Çünki bütün qadınlar, xüsusilə analar bütün bayramlara layiqdirlər.
RİH başçısı Ş.Məmmədov ölkənin ictimai həyatında səmərəli fəaliyyətlərinə görə, 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Aminə Həzərxan qızı Abiyevanın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 mart 2020-ci il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunduğunu bildirib medalı ona təqdim etmişdir.
Tədbirdə rayonun ictimai-siyasi və mədəni həyatında fəal iştirakına görə bir qrup qadına Masallı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Fəxri fərman və qiymətli hədiyyələr verilmişdir.
Bayram münasibətilə xoş arzularını bildirən qadınlar Azərbaycanda qadına, anaya daim böyük ehtiram və hörmət bəslənməsindən, müdrik, cəsur, istedadlı qadınlarımızın adlarının çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılmasından danışmışlar. Onlar qadınlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və rayon rəhbərinə dərin minnətdarlıqlarını bildirmişlər.
Sonda Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov Masallı qadınlarını, analarını 8 Mart – Beynəlxalq Qadınlarını bayram günü münasibətilə bir daha təbrik etmiş, onlara qadın xoşbəxtliyi, ailə səadəti və övlad sevinci və gələcək işlərində uğurlar arzulamışdır.


 
“Yeni həyat”,
www.yeniheyet.az


шаблоны для dle 11.2
Вернуться назад