Главная > Siyasət > Masallıda aztəminatlı ailələrə sosial xidmətlər göstərilir

Masallıda aztəminatlı ailələrə sosial xidmətlər göstərilir


26-03-2020, 11:09. Разместил: yeni321
Masallıda aztəminatlı ailələrə sosial xidmətlər göstərilir

Masallı rayonunda koronavirus pandemiyasının yarada biləcəyi təhlükəyə qarşı mübarizə tədbirləri Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın sərəncam və tövsiyələrinə uyğun olaraq davam etdirilir.
Masallı Rayon İcra Hakimiyyəti aparatı, ərazi icra nümayəndəlikləri və bələdiyyələrlə birgə şəhər, qəsəbə və kənd ərazilərindəki aztəminatlı ailələrə sosial xidmətlərin göstərilməsi məqsədilə müvafiq addımlar atılır. Təbii ki, bu xeyirxah işlərdə masalılı sahibkarları da təşəbbüs göstərir, öz nəcib yanaşma tərzləri ilə başqalarına nümunə olurlar. Beləsinə misal sahibkar Ərzuman Adəm oğlu Yaqubovu misal göstərmək olar. O, çalışdığı topdansatış şirniyyat anbarından 20 min manat həcmində şirniyyat növlərindən ibarət ərzağı aztəminatlı ailələrə pay edib. Bununla birgə Masallı Rayon İcra Hakimiyyəti ərazi icra nümayəndəlikləri və bələdiyyələri, həmçinin fəalları kiçik yaşlı insanlara qayğı ilə yanaşı, yaşlı insanların sağlamlıqlarının qorunması üçün də evdə qalmaları, gigiyena qaydalarına ciddi əməl etmələri tövsiyə edilir. Zəruri tələbatlarının ödənilməsi üçün onlara sosial xidmətlər göstəriləcəyi bildirilir.
Masallı sakinləri görülən tədbirlərə, göstərilən qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya dönə-dönə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, aparılan işlərin yüksək səviyyədə təşkili üçün Masallı Rayon İcra Hakimiyyəti, şəxsən RİH başçısı Şahin Məmmədov iştirak edir, tərəfindən inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinə, bələdiyyələrə aidiyyəti göstərişlər verilir və görülən işlər barədə operativ məlumatlar qərargaha daxil olur.
  
“Yeni həyat”,
www.yeniheyet.az
 
 
 шаблоны для dle 11.2
Вернуться назад