Главная > Siyasət > Masallıda karantin rejiminə ciddi nəzarət edilir

Masallıda karantin rejiminə ciddi nəzarət edilir


28-03-2020, 17:04. Разместил: admin44
Masallı rayonunda xüsusi karantin rejimi ilə bağlı tətbiq olunan qaydalara ciddi nəzarət edilir 

Ölkəmizdə koronavirus infeksiyasına qarşı mübarizə məqsədilə tətbiq edilən xüsusi karantin rejimi qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun genişmiqyaslı tədbirlər Masallı rayonunda da davam etdirilir.
Masallı Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində koronavirus infeksiyasına qarşı preventiv mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə 65 yaşdan yuxarı insanların evdən çıxması ilə bağlı qadağalar nəzərə alaraq, onlarla profilaktik söhbətlər aparırlar.
Yaşlı insanlara izah olunur ki, həyata keçirilən bütün tədbirlər sakinlərin təhlükəsizliyinin təmin edilməsinə və onların sağlamlığının qorunmasına xidmət edir.
Bu tədbirlərlə yanaşı, xüsusi karantin rejimi çərçivəsində bir rayondan digərinə getməklə bağlı qoyulan məhdudiyyətlərlə əlaqədar nəqliyyat vasitələrinin sürücüləri qeydiyyatda olduqları rayonlara yönləndirilirlər.
Koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə tədbirləri Masallı Rayon Polis Şöbəsində də davam etdirilir. Şöbənin inzibati binasına gələn hər bir vətəndaşın əllərini dezinfeksiya edir və tibbi maska ilə təmin olunurlar. Mütəmadi olaraq xidməti avtomobillərin və inzibati binanın dezinfeksiyası aparılır.

 

“Yeni həyat”,
www.yeniheyet.az
 шаблоны для dle 11.2
Вернуться назад