Главная > Siyasət > MASALLIDA VƏTƏNDAŞLARA ƏRZAQ PAYLANIR
MASALLIDA VƏTƏNDAŞLARA ƏRZAQ PAYLANIR6-04-2020, 13:45. Разместил: yeni321 |
Masallı rayonunda vətəndaşlara ərzaq paylanır Koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara uyğun olaraq, Masallı rayonunda xüsusi karantin rejiminin tələblərinə riayət edilməsinə nəzarət gücləndirilib. Belə ki, koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə tam riayət olunması məqsədilə gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirən Masallı Rayon İcra Hakimiyyətinin məsul işçiləri “Evdə qal!” devizi ilə 5 aprel 2020-ci il tarixdə keçirilən humanitar aksiyaya qoşularaq 65 yaşdan yuxarı və tənha yaşayan rayon sakinlərinə ərzaq yardımlarının paylanmasında iştirak etmişdir. Aksiya çərçivəsində Masallı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən 65 yaşdan yuxarı və tənha yaşayan ümumilikdə 143 nəfər rayon sakininə ərzaq yardımları verilib. Həmin zəruri ərzaq məhsulları vətəndaşlara yaşadıqları ünvanda, evlərində çatdırılıb. İştirak etdiyimiz Masallı şəhər, Boradigah qəsəbə, Şərəfə və bir neçə kənd ərazilərində Minarə Niftullayeva, Gülçiçək Əliyeva, Minəxanım Muxtarova, Zənfirə Əkbərova, Gülqayıd Zeynalova, Ağabacı Məmmədova və başqa vətəndaşlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq ifadə ediblər. Masallı Rayon İcra Hakimiyyəti tərəfindən 65 yaşdan yuxarı vətəndaşların siyahısı əvvəlcədən dəqiqləşdirilərək onlarla birbaşa yaşadıqları evlərində fərdi söhbətlər aparımış, şəxsi gigiyena qaydalarına ciddi riayət etmələrinin vacib olduğuğu, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə sözsüz əməl etmələri onlara tövsiyə edilmişdir. Masallı rayon rəhbəri, icra hakimiyyəti aparatında yaradılmış mobil qruplar tərəfindən sakinlərlə mütəmadi olaraq Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri, koronavirus xəstəliyinin simptomları və onun yayılmasının qarşısının alınması yollarına dair məlumatlandırma, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etmələri barədə söhbətlər, həmçinin rayon Gigiyena və Epidemiologiya və rayon Dezinfeksiya Stansiyası tərəfindən rayon ərazisində, kənd və qəsəbələrdə tibbi dezinfeksiya işləri aparılır. “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |