Главная > Siyasət > Bişkekdə Türkdilli Ölkələrin Parlament Assambleyasının yeddinci plenar iclası keçiriləcək

Bişkekdə Türkdilli Ölkələrin Parlament Assambleyasının yeddinci plenar iclası keçiriləcək


2-12-2017, 11:11. Разместил: yeni321
Bişkekdə Türkdilli Ölkələrin Parlament Assambleyasının yeddinci plenar iclası keçiriləcək

Dekabrın 8-də Bişkekdə Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) yeddinci plenar iclası keçiriləcək.
Yeniheyet.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Qırğızıstan parlamenti-Joqorku Keneşin mətbuat xidməti məlumat yayıb.
Tədbirdə TürkPA-nın üzvü olan ölkələrin parlament sədrlərinin iştirakı nəzərdə turulur.
İclasda müşahidəçi kimi Macarıstan parlamenti sədrinin müavini iştirak edəcək. Qurumun fəaliyyəti müddətində Özbəkistan və Türkmənistan TürkPA-nın iclasına qonaq kimi qatılacaq.
İclasda TürkPA-nın gələcək fəaliyyəti, parlamentlərarası əməkdaşlığın möhkəmləndirilməsi, genişləndirilməsi və digər məsələlər müzakirə ediləcək. Tədbirin yekununda birgə Bəyannamənin qəbul ediləcəyi gözlənilir.
İclasda TürkPA-ya sədrlik Qazaxıstandan Qırğızıstana keçəcək.
Tədbir çərçivəsində Qırğızıstan parlamentinin sədri Dastanbek Cumabekovun Azərbaycan, Qazaxıstan, Türkiyə, Macarıstan və Özbəkistan parlamentlərinin sədrləri ilə görüşləri gözlənilir.

шаблоны для dle 11.2
Вернуться назад