Главная > Siyasət / Manşet > Masallı rayon Həsənli kəndi: İdeoloji işin və uğurlu siyasətin təbliği

Masallı rayon Həsənli kəndi: İdeoloji işin və uğurlu siyasətin təbliği


28-08-2017, 15:17. Разместил: yeni321
Masallı rayonunda ideoloji işin səmərəliliyinin artırılması və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə apardığı siyasətin təbliği ilə əlaqədar tədbirlər davam edir. 25 avqust 2017-ci il tarixdə mühazirəçilər qrupunun növbəti görüşü Həsənli kəndində, abad və müasir kənd klubunda keçirilmişdir. İctimaiyyət nümayəndələrinin iştirakı ilə təşkil olunan tədbiri Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova açıq elan etmiş, mövzu barədə açıqlama vermişdir.

 MƏSQ veteranlar təşkilatı rayon şöbəsinin sədri Məmmədağa Şiriyev “Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasəti”, "Yeni həyat" qəzetinin baş redaktor müavini Rəsul Rzayev " Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Qax rayonunda keçirilmiş respublika müşavirəsindəki nitqindən irəli gələn vəzifələr barədə", Masallı Rayon Tarıx-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva "Erkən nikahlar və onların fəsadları", Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Masallı bölgəsi üzrə şöbənin əməkdaşı Kamil Bağırov “Radikalizm və ekstemizm"mövzularında mühazirələr oxumuşlar.
 Kənd sakinlərindən Nazilə Hüseynova, Gəncəli Hüseynov, Əfrayıl Xəlilov cənab İlham Əliyevin daxili və xarici siyasətinin bəyəndiklərini bildirib ölkədə gedən quruculuq işlərini təqdir etdilər.
 Tədbiri RİH başçısının müavini Aybəniz Qafarova yekunlaşdırmışdır.шаблоны для dle 11.2
Вернуться назад