Главная > Siyasət > MASALLIDAN CƏNAB PREZİDENTƏ MİNNƏTDARLIQLAR DAVAM EDİR

MASALLIDAN CƏNAB PREZİDENTƏ MİNNƏTDARLIQLAR DAVAM EDİR


5-05-2020, 12:45. Разместил: yeni321
 
MASALLIDAN CƏNAB PREZİDENTƏ MİNNƏTDARLIQLAR DAVAM EDİR
 

Hüseyn Əmirlidən, Masallı, Azərbaycan

Hörmətli cənab Prezident.
Sizin tapşırığınızla son illər ölkəmizdə çoxsaylı ən müasir klinikalar tikilmiş, təmir olunmuşdur. Koronavirusla mübarizənin tərkib hissəsi olaraq, qısa müddət ərzində vətəndaşlar antiseptik məmulatlar və maska ilə tam təmin olunmuşdur. Bütün bunların, eləcə də vaxtında verilmiş göstərişlər əsasında görülmüş digər işlərin nəticəsidir ki, Azərbaycan koronavirusun ən az yayıldığı ölkələrdən biridir. Sizin uzaqgörən siyasətiniz nəticəsində həkimlər, eləcə də digər aidiyyəti şəxslər pandemiya zamanı səmərəli fəaliyyət göstərmiş, dövlətimiz nəyə qadir olduğunu sübut etmişdir. Xalqımız üçün gördüyünüz bütün işlərə görə Sizə təşəkkür edirik. Bu şərəfli işinizdə yeni-yeni uğurlar arzulayırıq.
Dərin hörmətlə,
Hüseyn Əmirli
Azərbaycan Respublikası, Masallı rayonu, Qəriblər kəndi.
05.05.2020

Mirxədicə Kərimovadan, Masallı, Azərbaycan

Möhtərəm cənab Prezident.
Koronavirus pandemiyasının ölkə ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə atdığınız müdrik addımlar, xalqa qayğıkeş münasibətiniz qürurvericidir. Yürütdüyünüz daxili və xarici siyasəti daim dəstəkləyirik.
Ulu öndər Heydər Əliyevin siyasi məktəbinin layiqli davamçısı, uzaqgörən siyasətinizlə xalqımızın rifahının yüksəldilməsinə göstərdiyiniz diqqətə görə Sizə minnətdarlığımı bildirirəm. Göstərişiniz və tapşırıqlarınız ilə vətəndaşlara göstərilən diqqət və qayğıya görə Sizə təşəkkür edirəm. Ulu Tanrı Sizi və ailənizi qorusun.
Hörmətlə,
Kərimova Mirxədicə Mirhüseyn qızı.
Azərbaycan Respublikası, Masallı rayonu.
05.05.2020
05 may 2020, 16:10

Mahir Əliyevdən, Masallı, Azərbaycan

Möhtərəm cənab Prezident.
Əvvəla Azərbaycanda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və vətəndaşlarımızın sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində apardığınız siyasətə görə Sizə təşəkkür edirəm. Ölkəmizin hər bir vətəndaşı Sizin dəstəyinizi və qayğınızı hiss edir. Sizin apardığınız daxili və xarici siyasət birbaşa dövlətimizin və vətəndaşlarımızın marağına xidmət göstərir. Sizin verdiyiniz hər bir göstərişin arxasında Azərbaycan vətəndaşının sosial rifahı dayanır.
Son illərdə tapşırığınıza əsasən Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində addımlar atılır. İnanırıq ki, qısa müddət ərzində bu istiqamətdə də çox böyük uğurlarımız olacaqdır. Sizin rəhbərliyinizlə Azərbaycan bir çox sahələrdə idxal edən ölkədən ixrac edən ölkəyə çevrilib. Buna görə Sizə təşəkkürümüzü bildirərək, qeyd edirik ki, Azərbaycanın hər bir vətəndaşı Sizin arxanızdadır.
Hörmətlə,
Əliyev Mahir Arif oğlu.
Azərbaycan Respublikası, Masallı rayonu, Xocavar kəndi.
05 may 2020, 10:40

Famil Məcidovdan, Masallı, Azərbaycan

Hörmətli cənab Prezident.
Bu çətin günlərdə bizimlə yaxından maraqlandığınız, bizimlə birlikdə olduğunuz, hər zaman vətəndaşların mənafeyini düşünüb addım atdığınız üçün Sizə minnətdarlığımı bildirirəm. Siz həmişə Ulu Öndərimizin yolunu davam etdirmiş, insanların qayğısına qalmısınız. Siz əhalinin hər bir təbəqəsindən olan insanlarla elə yaxından maraqlanmısınız ki, sanki hər bir ailədə varsınız. Biz Sizinlə, Sizin liderliyinizlə, dövlətimizlə, bayrağımızla fəxr edirik.
Cənab Prezident, biz Sizinlə birlikdə bu çətin günlərin də öhdəsindən gələcəyik. Çünki biz birlikdə güclüyük. Allah Sizə uzun ömür, cansağlığı versin. Daim dövlətimizin başında olasınız.
Hörmətlə,
Məcidov Famil Yaşar oğlu.
Azərbaycan Respublikası, Masallı rayonu, Bədəlan kəndi.
04 may 2020, 17:45

Amin Rəhimlidən, Masallı, Azərbaycan

Möhtərəm cənab Prezident.
Mən Masallı rayon Elşad Ağayev adına Hişkədərə kənd tam orta məktəbin 8-ci sinif şagirdiyəm. Mən Sizə dərin minnətdarlığımı bildirmək istəyirəm. Respublikamızda COVID-19 pandemiyası digər ölkələrə nisbətən daha az yayılıb. Bu pandemiyanın az yayılmasının səbəbi Sizin qabaqlayıcı tədbirləri vaxtında görməyinizdir. Bu tədbirlər öz nəticəsini göstərir. Bu çevikliyə görə hər bir Azərbaycan vətəndaşı Sizə dərin minnətdarlığını bildirir. Məktəblər bağlı olsa da biz evdə dərslərimizi yerinə yetiririk. Biz şagirdlər məktəbin açılmasını səbirsizliklə gözləyirik. Mən inanıram ki, COVID-19 pandemiyası aradan qalxacaq və Azərbaycan xalqının həyatı əvvəlki axarına qayıdacaqdır. Sizə dərin minnətdarlığımı bildirirəm, mənim əziz Prezidentim. Biz birlikdə güclüyük.
Dərin hörmətlə,
Rəhimli Amin.
Azərbaycan Respublikası, Masallı rayonu.
03 may 2020, 19:00

Alxas Əşrəfovdan, Masallı, Azərbaycan

Möhtərəm cənab Prezident.
Bu gün bəşəriyyət ağır sınaq qarşısındadır. Dünyanı təhdid edən pandemiyanın Azərbaycanda yayılmasının qarşısını almaq üçün ilk gündən lazımi sosial və iqtisadi tədbirlər görüldü. Heç bir ölkə, heç bir şəxs bu virusdan sığortalanmayıb. Ona görə də hamı bu məsələyə çox ciddi yanaşmalı və üzərinə düşən vəzifələri yerinə yetirməlidir. Mən əminəm ki, tezliklə bu virusa qalib gələcəyik. Biz birlikdə güclüyük.
Cənab Prezident, Vətənimizin firavanlığı və tərəqqisi istiqamətində səmərəli fəaliyyətinizə görə şəhid ailəsinin üzvü olaraq Sizə dərin minnətdarlığımı bildirir, ali dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm. Çox sağ olun ki, təhsil sahəsində belə işlər görmüsünüz. Sizin sayənizdə dərslərimi daha həvəslə oxuyuram. İnşallah, bir gün müəllim olub dərs keçəcəyəm və ölkəmizin bu ağır sınaqdan necə çıxdığını şagirdlərimə danışacağam. Allah Sizi qorusun.
Hörmətlə,
Əşrəfov Alxas Xeyrulla oğlu.
Azərbaycan Respublikası, Masallı rayonu.
03 may 2020, 18:40

Şəmşad Əliyevdən, Masallı, Azərbaycan

Əziz Prezidentimiz.
Sizin apardığınız uğurlu siyasət nəticəsində xalqımızın rifahı yaxşılaşıb, sosial sahədə böyük nailiyyətlər əldə olunub.
Son vaxtlar dünyada yayılmış koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan karantin rejimi müddətində işçilərin əməkhaqlarının saxlanılması, işsiz kimi qeydiyyata alınmış şəxslərə 190 manat məbləğində birdəfəlik vəsaitin ayrılması, sahibkarlara maliyyə dəstəyinin göstərilməsi Sizin xalqa olan birbaşa qayğınızın bariz nümunəsidir. Bundan sonra da görəcəyiniz işlərdə Sizə müvəffəqiyyətlər arzulayırıq.
Cənab Prezident, Allah Sizi və Mehriban xanımı qorusun. Biz Sizinlə fəxr edirik. Bizim kollektivimiz də Sizin yürütdüyünüz siyasəti dəstəkləyir.
Hörmətlə,
Əliyev Şəmşad Vadər oğlu.
Azərbaycan Respublikası, Masallı rayonu.
02 may 2020, 16:45

Cəmilə Rufullayevadan, Masallı, Azərbaycan

Cənab Prezident.
Hazırda dünyanın ən böyük problemi olan koronavirus pandemiyasının qarşısının alınmasında müdrik addımlar ataraq xalqımızı bu bəladan xilas etdiniz. Sizin “Biz birlikdə güclüyük!” çağırışınız xalqımızın həmrəyliyinə yeni bir nəfəs, güc gətirdi. Azərbaycan xalqı bu aksiyada məsuliyyət, yüksək nizam-intizam və ən başlıcası milli həmrəylik nümayiş etdirdi. Siz hər zaman olduğu kimi, yenə də xalqın yanında oldunuz.
Cənab Prezident, xalq da hər zaman Sizi dəstəkləyir və Sizə təşəkkür edirik. Biz Prezidentimizlə qürur duyuruq. Allah Sizi qorusun.
Hörmətlə,
Rufullayeva Cəmilə Nəsirağa qızı.
Azərbaycan Respublikası, Masallı rayonu.
01 may 2020, 15:45

Təvəkkül İbrahimovdan, Masallı, Azərbaycan

Hörmətli cənab Prezident.
Dünyanı bürümüş koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısını almaq istiqamətində gördüyünüz təxirəsalınmaz tədbirləri kənd sakinləri olaraq dəstəkləyir, öhdəmizə düşən məsuliyyəti dərk edir və icrası üçün əlimizdən gələni əsirgəmirik.
Siz hər zaman olduğu kimi, bu təlatümlü zamanda da xalqınızın qayğısına qalır, onu narahat edən problemlərlə yaxından maraqlanırsınız. Sizin tapşırığınıza əsasən Masallı rayonunun bütün kəndlərində imkansız ailələrə ərzaq payları verilmişdir. Bu paydan bizim ailəyə də qismət oldu. Buna görə kənd sakinləri və ailəmiz adından Sizə dərin minnətdarlığımızı bildiririk.
Hörmətlə,
İbrahimov Təvəkkül Cabir oğlu.
Azərbaycan Respublikası, Masallı rayonu, Tüklə kəndi.
01 may 2020, 10:05

Əfqan Cabbarovdan, Masallı, Azərbaycan

Hörmətli cənab Prezident.
Sizin yorulmaz və fədakar fəaliyyətinizi, iştirak etdiyiniz tədbirləri və etdiyiniz çıxışlarınızı izlədikcə əmin oluruq ki, koronavirus pandemiyasının qarşısının alınması və digər məqsədlər üçün Azərbaycanda həyata keçirilən bütün işlərin mərkəzində insan amili dayanır. Siz əhalinin sağlamlığının təmin olunması məsələsinə çox həssaslıqla yanaşırsınız.
Bu qayğılı günlərdə Azərbaycan xalqını düşündüyünüzə, onunla birlikdə olduğunuza görə Zati-alinizə təşəkkürümü bildirir, şəxsən öz adımdan və ailəm adından Sizə uzun ömür, cansağlığı arzu edirəm.
Hörmətlə,
Cabbarov Əfqan Balakişi oğlu.
Azərbaycan Respublikası, Masallı rayonu, Qasımlı kəndi.шаблоны для dle 11.2
Вернуться назад