Главная > Siyasət > Masallıda mobil qruplar maarifləndirmə işləri aparır
Masallıda mobil qruplar maarifləndirmə işləri aparır6-05-2020, 19:55. Разместил: yeni321 |
Masallıda mobil qruplar maarifləndirmə işləri aparır Karantin dövründə bir sıra məhdudiyyətlərin yumuşaldılmasını nəzərə alaraq vətəndaşların maarifləndirilməsindən ötrü rayon ərazisində “karantin qaydalarının yumşaldılması, karantin qaydalarının aradan qaldırılması deyil” adı altında 112 nəfərdən ibarət 17 mobil qrup (RİH, YAP Masallı rayon təşkilatı, Heydər Əliyev Mərkəzi, rayon polis şöbəsi, rayon təhsil şöbəsi, gənclər və idman idarəsi, gənclər evi, gənclərin inkişaf və kariyera mərkəzi və gənc könüllülərin iştirakı ilə) yaradılmışdır. Mayın 6-da Masallı şəhər ərazisində Mobil qruplar tərəfindən 3238 nəfərlə maarifləndirici söhbət aparılmış, obyektlərə 3060 ədəd praşüra yapışdırılmış və 408 nəfərə isə praşüra paylanılmışdır. Təbliğat işləri davam etdirilir. “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |