Главная > Siyasət > Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə görüşü bir daha ölkəmizə və Prezidentimizə olan inamın, etibarın və etimadın göstəricisidir

Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə görüşü bir daha ölkəmizə və Prezidentimizə olan inamın, etibarın və etimadın göstəricisidir


12-05-2020, 12:07. Разместил: yeni321
Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə görüşü bir daha ölkəmizə və Prezidentimizə olan inamın, etibarın və etimadın göstəricisidir 

2020-ci il 04 may tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupunun videokonfrans vasitəsi ilə Zirvə görüşü keçirilmişdir.
Azərbaycanın 2011-ci ildə Qoşulmama Hərəkatına tam hüquqlu üzv qəbul olunması, hərəkata üzv ölkələrin 2016-cı ildən Venesuelada keçirilmiş Zirvə görüşündə 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi, BMT-nin Baş Assambleyasından sonra ikinci ən böyük beynəlxalq təsisat olan və 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına üzvlükdən qısa müddət sonra ölkəmizin sədrlik etməsi üzv dövlətlərin Azərbaycana olan etimadının və ölkəmizin beynəlxalq nüfuzunun artmasının, həmçinin respublikanın qlobal səylərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin parlaq nümunəsidir.

Qlobal əməkdaşlığa güclü ehtiyac duyulduğu bir şəraitdə dövlətlərin, eləcə də bir sıra beynəlxalq və regional institutların çaşqınlıq içərisində qaldığı dövrdə, qlobal liderliyə ehtiyac duyulduğu bir şəraitdə ölkə Prezidenti cənab İlham Əliyev həmrəylik nümayiş etdirərək müxtəlif siyasi və ideoloji quruluşlara malik ölkələri bir araya gətirməyə nail olmuşdur. Zirvə görüşündə bu qədər ölkənin iştirakı Azərbaycan Prezidentinin şəxsi nüfuzunun, siyasi təcrübəsi və uğurlu siyasətinin göstəricisidir.
Dünya birliyinin məsuliyyətli və etibarlı üzvü kimi Azərbaycan koronavirus təhlükəsinin ilk günlərindən etibarən qlobal həmrəylik çağırışlarına dəstək vermişdir. Azərbaycan koronavirusa qarşı qlobal mübarizəyə dəstək olaraq Ümumdünya Səhiyyə Təşkilatına könüllü maliyyə yardımı ayırmışdır.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılmışdır.
Bu məqsədlə Masallı rayonunun dövlət müəssisələri, sahibkarları və xeyriyyəçiləri də Koronavirusla Mübarizəyə Dəstək Fonduna öz töhfəsini vermişdirlər. Belə ki, ümumilikdə Masallı rayonundan Koronavirusla Mübarizəyə Dəstək Fonduna 500 min manata yaxın könüllü ianə köçürülmüşdür.
Koronavirus infeksiyası hər bir dövləti ciddi sınaq qarşısında qoymuşdur. Bəzisi sınaqdan layiqincə çıxmaqdadır, bəzisi isə çoxsaylı insan itkisi ilə. Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus tərəfindən mart ayının 23-də Prezidentimizə ünvanladığı məktubda Azərbaycanda görülmüş işlərə yüksək qiymət verilmişdir. Azərbaycan pandemiyaya qarşı görülmüş tədbirlərə görə nümunəvi ölkə kimi dəyərləndirilmişdir. Prezident İlham Əliyevin gördüyü qabaqlayıcı tədbirlər sayəsində bu gün koronavirusa qarşı ən effektiv mübarizə aparan ölkələrdən söz açdıqda Azərbaycanın adı birincilər cərgəsində gəlir. Eləcə də, effektiv nəticələrə görə Azərbaycanda koronavirusa qarşı aparılan mübarizə beynəlxalq səviyyədə təqdir olunur.
İlk dəfə karantin rejiminin başlanması ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələri nəzərə alınaraq Masallı rayonunda qabaqlayıcı tədbirlər görülmüşdür. Belə ki, RİHB aparatının əməkdaşları Polis əməkdaşları ilə birlikdə 25,
RİHB-nin İƏD üzrə nümayəndələri bələdiyyələr və məktəb direktorları ilə birlikdə ərazilər üzrə 37 mobil qruplarda(ümumilikdə 170 nəfərdən çox) birləşərək mütəmadi olaraq vətəndaşlarla evlərində görüşmüş, maarifləndirici söhbətlər aparmış, maska və spirt paylamışdırlar.
Rayon rəhbərliyi və rəsmiləri cənab Prezidentin tapşırıq və tövsiyələrini rəhbər tutaraq rayonda vətəndaşların sıx hərəkətdə olduğu ərazilərdə vətəndaşlarla maarifləndirici söhbətlər aparmış, vətəndaşlara evdə qalmaları və zəruri ehtiyac olmadan evdən çıxmamaları barədə tövsiyə vermişdirlər.
Masallı rayonunda da koronavirusla mübarizə yönümündə qabaqlayıcı tədbirlərin nəticəsi olaraq qonşu rayonlarla müqayisədə koronavirusa yoluxanların sayı çox aşağı olmuşdur (19 nəfər). Mərkəzi Rayon Xəstəxanasında hal-hazırda müailəcə alan 133 nəfər koronavirus(COVİD-19) xəstələrinin arasında 1 nəfər də olsun Masallı sakini yoxdur.
04 may 2020-ci il tarixdə xüsusi karantin rejimi yumuşaldılması ölkə ərazisindəki bir sıra rayonlar kimi Masallı rayonuna da şamil edilmişdir. Lakin buna baxmayaraq rayon rəhbərinin göstərişi ilə vətəndaşların maarifləndirilməsindən ötrü rayon ərazisində “karantin qaydalarının yumuşaldılması, karantin qaydalarının aradan qaldırılması deyil” adı altında 114 nəfərdən ibarət 20 mobil qrup (RİH, YAP Masallı rayon təşkilatı, Heydər Əliyev Mərkəzi, rayon Polis Şöbəsi, rayon Təhsil şöbəsi, Gənclər və İdman idarəsi, Gənclər evi, Gənclərin İnkişaf və Karyera mərkəzi və gənc könüllülərin iştirakı ilə) yaradılmışdır. Masallı şəhər ərazisində 05.05.2020-ci il tarixdən başlayaraq hal-hazıradək Mobil qruplar tərəfindən 25218 nəfər vətəndaşla maarifləndirici söhbət aparılmış, obyektlərə, küçələrə 4406 ədəd metodiki tövsiyələr qeyd olunmuş lövhələr yapışdırılmış və 9547 nəfərə isə metodiki tövsiyələr qeyd olunmuş vərəqlər paylanılmışdır. Hal-hazırda mobil qruplar fəaliyətlərini gündəlik olaraq davam etdirirlər.
Görülən bütün bu işlər ölkə vətəndaşlarının timsalında Masallıların da cənab Prezidentə və dövlətçiliyə olan sədaqətinin təcəssümüdür

Yeni həyat”,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад