Главная > Siyasət > Masallı Rayon İcra Hakimiyyətinin başçısının növbəti onlayn qəbulu

Masallı Rayon İcra Hakimiyyətinin başçısının növbəti onlayn qəbulu


13-05-2020, 19:51. Разместил: yeni321
Masallı Rayon İcra Hakimiyyətinin başçısının növbəti onlayn qəbulu 

Mayın 13-də Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov vətəndaşların növbəti onlayn qəbulunu keçirdi.
Onlayn qəbulda rayonun aidiyyatı idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edirdi. Onlayn qəbulu açan rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov dünyanı bürüyən koronavirus (COVİD-19) pandemiyası ilə əlaqadar vətəndaş qəbullarının dayandırılması və vətəndaşları narahat edən məsələlərin dinləməsi üçün onlayn qaydada vətəndaşların qəbulunun təşkil edilməsini bildirdi.
Sonra rayon rəhbəri vətəndaşların onlayn qəbuluna başladı.
İlk öncə rayon rəhbəri Təklə kənd sakini Əsədullayev Cavanşır Burcəli oğlunu narahat edən məsələni dinlədi. Vətəndaş C.Əsədullayev kəndə verilən elektrik enerjisinin çox zəif olması barədə müraciət etdi. Problemlə həlli istiqamətində, eləcə də ərzazidə baxış keçirilməklə, məsələnin ciddi araşdırılması, kəndə elektrik enerjisinin normal verilməsindən ötrü aidiyyatı təşkilatın rəhbərinə, yerli nümayəndəliyə tapşırıqlar verildi.
Bədəlan kənd sakini, orta ixtisas təhsilli Şabanlı Hüseyn Mərdan oğlu işlə təmin edilməsi barədə müraciət etdi. Rayon rəhbəri müvafiq qurumlara vətəndaşın işlə təmin olunmasından ona maksimum köməklik göstərilməsini tapşırdı.
Sonra Masallı şəhər sakinləri Sadıqova Durdanə Nəbiyulla qızının və Həmidov Naib Yavər oğlunun müraciətləri dinlənildi. D.Sadıqovanın evinə qaz xətti çəkilişi ilə bağlı səsləndirdiyi xahişlə əlaqədar ona izah olundu ki, ilk öncə “ASAN xidmət”ə müraciət etməklə qaz xəttinin çəkilməsi üçün texniki şərtlər hazırlanmalıdır. Təqaüdçü N.Həmidov isə valideynlərini itirmiş 5 məktəbli nəvəsinin sosial durumu ilə bağlı müraciətini səsləndirdi. Vətəndaşa müraciətinin aidiyyıatı qurumlar tərəfindən araşdırılacağı və yaxın günlərdə nəticəsi barədə ona məlumat veriləcəyi bildirildi.
Həsənli kənd sakini Vəlişov Qurbanəli Fərrux oğlu İraq Respublikasından gələn 5 nəvəsininin sosial durumu ilə bağlı müraciət etdi. Vətəndaşa qanunamüvafiq cavab
verilməklə ona bildirildi ki, müraciəti nəzarətə götürülərək araşdırılacaq və nəticəsi barədə vətəndaşa qısa müddətdə məlumat veriləcək.
Boradigah qəsəbə sakini Novruzov Balaş Qafar oğlu və Köhnə Alvadı kənd sakini Əliyev Ərəstun Bayram oğlu koronavirusla bağlı karantin günlərində işsizlərə ödənilən birdəfəlik 190 manat yardımı ala bilməmələri barədə müraciət etdilər. Hər iki vətəndaşa mövcud karantin rejimi ilə əlaqədar bidəfəlik yardımı ala bilmələrinə əsas səbəb evlərində təqaüdçünün və vergi ödəyicisinin olması ilə əlaqələndirildi. Şıxlar kənd sakini Abbasova Mədinə Yusif qızı əlillik dərəcəsinin təyin edilməsi barədə müraciət etdi. Vətəndaşa izah olundu ki, ona, gözdən əlil kimi müəyyən müalicə-müayinədən sonra əllilik dərəcəsi təyin edilə bilər.
Kolatan kənd sakini Məmmədov Fikrət Qurbanəli oğlu çay əkəcəyi sahədə subartezian quyusunun olmaması ilə əlaqədar müraciət etdi. Vətəndaşın xahişi ilə bağlı ona bildirildi ki, yaxın günlərdə su probleminin həlli istiqamətdə müsbət addımlar atılacaq.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verərək virtual qəbulda qaldırılan məsələləri nəzarətə götürdü.
 
“Yeni həyat”,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад