Главная > Siyasət > Masallı Rayon İcra Hakimiyyətinin başçısı onlayn müşavirə keçirdi
Masallı Rayon İcra Hakimiyyətinin başçısı onlayn müşavirə keçirdi14-05-2020, 18:30. Разместил: yeni321 |
Masallı Rayon İcra Hakimiyyətinin başçısı onlayn müşavirə keçirdi Mayın 14-də Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında vətəndaşların videoqəbulunun təşkili Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 13 may 2020-ci il tarixli Fərmanı ilə bağlı onlayn-müşavirə keçirdi. Müşavirədə rayonun idarə, müəssisə və təşkilatlarının, ərazi nümayəndəliklərinin rəhbərləri iştirak edirdi. Onlayn-müşavirədə rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov vətəndaş müraciətlərinə baxılmasında səmərəliliyin, şəffaflığın artırılması, şikayətlərin operativ araşdırılması məqsədilə ölkə rəhbərinin imzaladığı Fərmana əsasən videoqəbullarda iştirak etmək istəyən hər bir vətəndaş üçün maksimum şəraitin yaradılmasından ötrü bütün rəhbər şəxslərin səy və bacarıqlarını əsirgəməmələrini tapşırdı. Rayon icra hakimiyyətinin inzibati binasında videoqəbulların təşkili və həyata keçirilməsi üçün zəruri tədbirlərin görüldüyünü, xüsusi ayrılmış otaqlarda müvafiq texniki imkanların yaradıldığını bəyan edən RİH başçısı bildirdi ki, may ayının 18-dən etibarən Prezident Administrasiyasının müvafiq struktur bölmələri rəhbərlərinin videoqəbulları cədvəldə müəyyən edilmiş günlərdə və saatlarda olacaq. Onlayn-müşavirəni yekunlaşdıran rayon rəhbəri vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində videoqəbulların təşkili qaydalarına daha ciddi və məsuliyyətli yanaşmanın vacibliyini bir daha iştirakçıların nəzərinə çatdırdı, tövsiyələrini verdi. “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |