Главная > Siyasət > YAP Masallı rayon təşkilatı konfrans keçirib

YAP Masallı rayon təşkilatı konfrans keçirib


15-05-2020, 17:08. Разместил: yeni321
YAP Masallı rayon təşkilatı konfrans keçirib

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı aparatında ərazi ilk partiya təşkilat sədrlərinin iştirakı ilə onlayn videokonfrans keçirilmişdir.
Konfransı giriş sözü ilə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açaraq 2 may 2020-ci il tarixdə Yeni Azərbaycan Partiyasının sədr müavini, İcra katibi cənab Əli Əhmədovun rayon və şəhər təşkilat sədrləri ilə keçirdiyi onlayn videokonfransda təşkilatlara verilən tapşırıq və tövsiyələri ilk təşkilat sədrlərinin diqqətinə çatdırmışdır.
S.Əliyev vurğulamışdır ki, koronavirus (covid-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədi ilə ölkəmizdə, eləcə də rayonumuzda bütün zəruri tədbirlərin görülür və bu gün də davam etdirilir, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə atılan addımlar öz töhfəsini verir, Masallı rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədovun pandemiyaya qarşı mübarizə ilə bağlı verdiyi tapşırıqlar uğurla icra edilir.
Sonda təşkilatın Qadınlar Şurasının sədri Gülşən Xəlilova və Gənclər Birliyinin sədri Bəxtim Qarayev konfransda iştirak edən qadınlar və gənclərlə öz fikirlərini bölüşmüşlər.
 
“Yeni həyat”,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад