Главная > Siyasət > Masallıda vətəndaşların onlayn qəbulu davam edir
Masallıda vətəndaşların onlayn qəbulu davam edir20-05-2020, 18:04. Разместил: yeni321 |
Masallıda vətəndaşların onlayn qəbulu davam edir Mayın 20-də Masallı Rayon İcra Hakimiyyətinin başçısı vətəndaşların növbəti onlayn qəbulunu keçirdi. Onlayn qəbulda Milli Məclisin üzvü Məşhur Məmmədov, Masallı rayonunun aidiyyatı idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edirdi. Onlayn qəbulu açan rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov Möhtərəm Prezident İlham Əliyevin vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılmasına, aztəminatlı ailələrin rifahının yüksəldilməsi məqsədi daşıyan sərəncam və tapşırıqlarının uğurla həyata keçirlməsi naminə (COVİD-19) pandemiyası ilə əlaqadar vətəndaşları narahat edən məsələlərin dinlənilməsi üçün onlayn qəbulların böyük əhəmiyyət kəsb etdiyini bildirdi. Sonra rayon rəhbəri vətəndaşların onlayn qəbuluna başladı. İlk öncə Sərçuvar kənd sakini, Milli Qəhrəman Səfəralı Məmmədovun anası Məmmədova Şahdəstə Majan qızının müraciəti dinlənildi. Vətəndaş ona məxsus əmlakın ailə təsərrüfatı kimi qeydə alınmasında köməklik göstərilməsini xahiş etdi. RİH başçısı aidiyyatı qurum rəhbərlərinə məsələnin qanunamüvafiq olaraq tez bir zamanda araşdırılaraq problemin həlli üçün tapşırıqlar verdi. Sonra Masallı şəhər sakinləri Əzizzov Cəfər Əlihəsən oğlu küçənin asfaltlanması, Babayeva Günel Sənan qızı həyətyanı torpaqla təmin edilməsi barədə müraciətlərini səsləndirdilər. C.Əzizovun xahişinə cavab olaraq bildirildi ki, yaxın vaxtlarda şəhərin H.Aslanov küçəsindən Koroğlu küçəsi istiqamətində 450 metr məsafədə yolun asfaltlanması nəzərdə tutulub. Vətəndaş G.Babayevanın müraciətinin araşdırılması istiqamətində müvafiq yerli təşkilat rəhbərlərinə göstəriş verildi. Qəbul zamanı həmçinin Sığdaş kənd sakini Əliyev Şirxan Meybulla oğlunun əlillik dərəcəsi ala bilməməsi, Ərkivan qəsəbə sakinləri Cəfərov Cəsarət Ayaz oğlunun payıbəlli torpaq sahəsi, Şəkərova Aynur Maarif qızının evinə qaz xəttinin çəkilməsi, Güllütəpə kənd sakini Əbilova Məhluqə Yavər qızının maddi yardım və həyat yoldaşının işlə təmin olunması və s. ilə əlaqədar müraciətləri dinlənildi. Vətəndaşların müraciətlərini dinləyən rayon rəhbəri onların problemlərinin, təkliflərinin aidiyyatı təşkilatlar üzrə qeydiyyata alınması və icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində həll edilməsi üçün müvafiq göstərişlər verdi, səslənən bütün müraciətlərin nəzarətə götürüldüyünü diqqətə çatdırdı. “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |