Главная > Siyasət > Masallıda vətəndaşların videoformatda qəbulu davam edir

Masallıda vətəndaşların videoformatda qəbulu davam edir


21-05-2020, 18:33. Разместил: yeni321
Masallıda vətəndaşların videoformatda qəbulu davam edir 

Mayın 21-də Masallı Rayon İcra Hakimiyyətinin başçısı vətəndaşların növbəti onlayn qəbulunu keçirdi.
Onlayn qəbulda rayonun aidiyyatı idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edirdi.
Onlayn qəbulu açan rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov Möhtərəm Prezident İlham Əliyevin vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılmasına, aztəminatlı ailələrin rifahının yüksəldilməsi məqsədi daşıyan sərəncam və tapşırıqlarının uğurla həyata keçirlməsi naminə (COVİD-19) pandemiyası ilə əlaqadar vətəndaşları narahat edən məsələlərin dinlənilməsi üçün onlayn qəbulların böyük əhəmiyyət kəsb etdiyini bildirdi.
Sonra rayon rəhbəri vətəndaşların onlayn qəbuluna başladı.
Öncə Masallı şəhər sakinləri Abıyev Hamlet İsgəndər oğlu “Babək” küçəsinin təmiri, Sadıqova Dürdanə Nəbi qızı isə yaşadığı mənzilə qaz sayğacının qoyulması barədə müraciətlərini səsləndirdilər. “Bəbək” küçəsinin tam olaraq asfaltlanmasının nəzərdə tutulduğu və D.Sadıqovaya isə müraciətinə uyğun olaraq qanunamüvafiq izahat verilmişdir.
Mollaoba kənd sakini Hüseynli Surac Səyyad oğlu və Ərkivan qəsəbə sakini Ağayev Çingiz Hüseyn oğlunun təsərrüfat sahəsinə gedən yolun tutulması, Çayqıraq kənd sakini Cəfərov Rəşad Cəfər oğlunun şəxsi məsələ, Yolağac knd sakini Bağırov Səxavət Alkişi oğlunun odunla təmin olunması, Qəriblər kənd sakini İmamyarov İlqar Nadir oğlunun obyektinin əlindən alınması və s. ilə əlaqədar müraciətləri dinlənildi.
Vətəndaşların müraciətlərini dinləyən rayon rəhbəri onların problemlərinin, təkliflərinin aidiyyatı təşkilatlar üzrə qeydiyyata alınması və icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində həll edilməsi üçün müvafiq göstərişlər verdi, səslənən bütün müraciətlərin nəzarətə götürüldüyünü diqqətə çatdırdı.
 
“Yeni həyat”,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад