Главная > Siyasət / Səhiyyə > Masallıda mobil qrupların fəaliyyəti davam etdirilir

Masallıda mobil qrupların fəaliyyəti davam etdirilir


23-05-2020, 20:01. Разместил: yeni321
Masallıda mobil qrupların fəaliyyəti davam etdirilir 

Rayonumuzda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı görülən tədbirlər çərçivəsində vətəndaşlar arasında maarifləndirmə işi aparılır. Bu məqsədlə rayon icra hakimiyyətinin başçısı tərəfindən 114 nəfərdən ibarət 20 mobil qrup yaradılmışdır.
Qruplarda icra hakimiyyəti, Yeni Azərbaycan Partiyası rayon təşkilatı, rayon Heydər Əliyev Mərkəzi, Gənclər və İdman İdarəsi, rayon təhsil şöbəsi, Gənclər Evi Sosial xidmət mərkəzi, Gənclərin İnkişafı və Karyera Mərkəzinin əməkdaşları və könüllüləri fəaliyyət göstərir.
Fəaliyyət çərçivəsində “Karantin rejiminin yumuşaldılması, karantin rejiminin ləğv edilməsi demək deyil” devizi altında vətəndaşların maarifləndirilməsi, onlara metodik vəsaitlər, spirt və tibbi maska paylanılması, küçə və obyektlərin girişlərinə metodik vəsaitlərin yapışdırılması həyata keçirilir.
Mobil qruplar tərəfindən mayın 5-dən bu günədək ümumilikdə 57249 vətəndaşla maarifləndirici söhbət aparılmış, 10286 metodiki vəsait və 3569 tibbi maska paylanılmışdır. Təkcə mayın 23-də 1853 vətəndaşla maariflənirici söhbət aparılmış, 9 litr tibbi spirt və 1100 ədəd tibbi maska paylanmışdır.

“Yeni həyat”,
www.yeniheyet.az
 шаблоны для dle 11.2
Вернуться назад