Главная > Siyasət > Masallı Rayon İcra Hakimiyyəti başçısı vətəndaşların növbəti onlayn qəbulunu keçirdi

Masallı Rayon İcra Hakimiyyəti başçısı vətəndaşların növbəti onlayn qəbulunu keçirdi


1-06-2020, 12:07. Разместил: yeni321
Masallı Rayon İcra Hakimiyyəti başçısı vətəndaşların növbəti onlayn qəbulunu keçirdi 

İyunun 1-də Masallı rayon İcra hakimiyyətinin başçısı vətəndaşların növbəti onlayn qəbulunu keçirib.
Onlayn qəbulda rayonun hüquq mühafizə, aidiyyatı idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edib.
Qəbul zamanı Masallı şəhər sakinləri Zaur Əbdüləli oğlu Məmmədovun işlə təmin olunması, Əsgərəli İbad oğlu Rəhmətov, Mahir Hacıağa oğlu Muxtarov və Nemət Abduləhəd oğlu Nəsirovun aldadılaraq pullarının alınması, Göyəçöl kənd sakini Ülkər Məsləhət qızı Həsənovanın Ünvanlı Dövlət Sosial yardımla bağlı, Qarğalıq kənd sakini Hamil Heybət oğlu Qəmbərovun adından şikayət məktubu yazılması, Qarğalıq ərazisinin Xallıcalı kənd sakini Zamin Balafər oğlu Mirzəyevin bələdiyyə torpağının qanunsuz zəbti, Təzəkənd kənd sakini Zibeydə Aydın qızı Ağayevanın keçmiş qohumlarının onu təhqir etməsi və s. ilə əlaqədar müraciətləri dinlənilib.
Vətəndaşların müraciətlərini dinləyən rayon rəhbəri onların problemlərinin, təkliflərinin aidiyyatı təşkilatlar üzrə qeydiyyata alınması və icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində həll edilməsi üçün müvafiq göstərişlər verib, səslənən bütün müraciətlərin nəzarətə götürüldüyünü diqqətə çatdırıb.
 
“Yeni həyat”,
www.yeniheyet.az
 шаблоны для dle 11.2
Вернуться назад