Главная > Siyasət > Masallıda vətəndaşların virtual qəbulu davam edir
Masallıda vətəndaşların virtual qəbulu davam edir2-06-2020, 18:42. Разместил: yeni321 |
Masallıda vətəndaşların virtual qəbulu davam edir İyunun 2-də Masallı Rayon İcra Hakimiyyətinin başçısı vətəndaşların növbəti onlayn qəbulunu keçirib. Onlayn qəbulda rayonun hüquq mühafizə orqanları, aidiyyatı idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edib. Qəbul zamanı Təzə Alvadı kənd sakini, II qrup Qarabağ müharibəsi əlili Səfərov Ramil Rahim oğlunun xarici ölkədə müalicə olunmasına kömək göstərilməsi, Masallı şəhər sakinləri Əsgərov Ağa Əzizağa oğlunun işlə təmin olunması, Feyzullayev Nurəli Nurulla oğlunun qəbiristanlıq üçün yeni ərazinin ayrılması, Zeynalov Əşrəf Həsrət oğlunun bacısının evinə gedən qaz xəttinin bərpası, Ətçələr kənd sakinləri (Səmidxan ərazisi üzrə) Quliyeva Aybəniz Adil qızı və Quliyev Şəbyar Barat oğlunun aliment ödənilməsinə rəğmən nəvələri ilə görüş ala bilməmələri, Əliyev Tural Vidadi oğlunun əlillik dərəcəsi ala bilməməsi, Sığdaş kənd sakinləri Cəfərov Hümmət Hacıəli oğlu, Nəhmətov Zeynal Nəhmət oğlu və Məmmədov Mütalib Nəriman oğlunun şəxsi məsələ və s. ilə əlaqədar müraciətləri dinlənilib. Onlayn-qəbul zamanı vətəndaşların bir sıra problemləri müzakirə olunaraq həll olunub, bəzi məsələlərin həllinin araşdırılması üçün aidiyyatı idarə və təşkilatların, eləcə də RİHB-nın müvafiq şöbələrinin rəhbərlərinə tapşırıqlar verilib, səslənən müraciətlərin nəzarətə götürüldüyü diqqətə çatdırılıb. Qəbulda rayon sakinləri belə çətin vaxtda onların müraciətlərinin dinlənilməsinin yeni formatda təşkilinə görə ölkə Prezidentinə, rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |