Главная > Siyasət > Masallı RİH başçısı onlayn müşavirə keçirib

Masallı RİH başçısı onlayn müşavirə keçirib


4-06-2020, 19:31. Разместил: yeni321
Masallı RİH başçısı onlayn müşavirə keçirib 

İyunun 4-də Masallı Rayon İcra Hakimiyyəti başçısı yanında Operativ Qərargahın növbəti onlayn müşavirəsi keçirilib.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın 03 iyun 2020-ci il tarixli məlumatı ilə əlaqədar təşkil olunan müşavirəyə RİH başçısı Şahin Məmmədov, Qərargah üzvləri, rayonun hüquq-mühafizə orqanlarının, aidiyyatı idarə, müəssisə və təşkilatlarının rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndəliklər qoşulub.
Müşavirə zamanı rayon rəhbəri bildirib ki, COVID-19 virusunun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin müəyyən günlərdə sərtləşdirilməsi qərara alınıb. Belə ki, 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılaraq qısaldılmış iş rejimi müəyyən edilib.
Müşavirənin sonunda rayon rəhbəri sakinləri sosial məsuliyyətdən irəli gələn həmrəylik nümayiş etdirməyə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və qaydalarına əməl etməyə, sağlamlıqlarını qorumağa çağırıb, bu sahədə həlli vacib məsələlərin icrası ilə bağlı məsul şəxslərə tapşırıq və tövsiyələrini verib.
 
“Yeni həyat”,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад