Главная > Siyasət > Masallı RİH başçısı tərəfindən vətəndaşların növbəti onlayn qəbulu

Masallı RİH başçısı tərəfindən vətəndaşların növbəti onlayn qəbulu


9-06-2020, 19:16. Разместил: yeni321

Masallı RİH başçısı tərəfindən vətəndaşların növbəti onlayn qəbulu

İyunun 9-da Masallı Rayon İcra Hakimiyyətinin başçısı vətəndaşlarla növbəti onlayn qəbulunu keçirib.
Onlayn qəbulda rayonun hüquq mühafizə orqanları, aidiyyatı idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edib.
Qəbul zamanı Viləş kənd sakini, I qrup əlil Bəhruz Şakir oğlu Mirzəyevin, Təklə kənd sakini Əlipənah Müzəffər oğlu Abdullayevin ailə vəziyyətinin ağır olması, Ağakişibəyli (Şərəfə ərazisi üzrə) kənd sakinləri Ramid Samid oğlu Qəribov, Aqil Adil oğlu İbadov, Anar Yaqub oğlu Şahverdiyevin yaşayış məntəqəsinə qaz xəttinin çəkilməsi, Boradigah qəsəbə sakini Mahirə Qabil qızı Nəzərovanın övladına əlillik dərəcəsi ala bilməməsi, Masallı şəhər sakinləri Şafanə Məmməd qızı Həşimovanın, İlahə Marifyar qızı Əliyevanın işlə təmin olunması, Kolatan kənd sakini Nəcəf Rəcəbəli oğlu Abıyevin payıbəlli torpaq sahəsi və s. ilə əlaqədar müraciətləri dinlənilib.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verərək virtual qəbulda qaldırılan məsələləri nəzarətə götürüb.

“Yeni həyat”,
www.yeniheyet.az
 

 шаблоны для dle 11.2
Вернуться назад