Главная > Siyasət > Milli Qurtuluş Günü münasibətilə YAP Masallı rayon təşkilatında onlayn görüş

Milli Qurtuluş Günü münasibətilə YAP Masallı rayon təşkilatında onlayn görüş


11-06-2020, 17:48. Разместил: yeni321
Milli Qurtuluş Günü münasibətilə YAP Masallı rayon təşkilatında onlayn görüş keçirilib

 

İyunun 11-də Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatının təşəbbüsü ilə 15 iyun-Milli Qurtuluş Günü münasibəti ilə Şura üzvləri, ilk təşkilat sədrləri, Gənclər Birliyi və Qadınlar Şurasının birgə iştirakı ilə onlayn görüş keçirilmişdir.
Onlayn görüşü YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açmış, 15 iyun - Milli Qurtuluş Günü münasibətilə iştirakçıları təbrik etmişdir.
Seyfəddin Əliyev bildirmişdir ki, Milli Qurtuluş Günü müasir Azərbaycan tarixinin dönüş nöqtəsidir. Azərbaycanın müasir tarixini Milli Qurtuluş Günündən və bu günə səbəb olan Ümummilli Liderimiz Heydər Əliyevin möhtəşəm qayıdışından ayrı təsəvvür etmək mümkün deyil: “Şübhəsiz ki, Ulu Öndər Heydər Əliyevin möhtəşəm qayıdışı olmasaydı və milli qurtuluşumuz baş tutmasaydı, tamam fərqli bir Azərbaycanda yaşamağa məhkum olardıq. O Azərbaycan indi bizim üçün dəyərli olan, bizim hər birimizin qürur duyduğumuz Azərbaycandan fərqlənmiş olacaqdı. Ona görə də biz tam məsuliyyətlə Azərbaycanın müasir tarixinin iki fundamental əsasını qeyd edə bilərik. Bunun biri Azərbaycanın öz dövlət müstəqilliyini yenidən bərpa etməsidirsə, ikincisi, Ümummilli Lider Heydər Əliyevin tarixi qayıdışı və Onun Azərbaycana bəxş etdiyi Milli Qurtuluş Günüdür”.
Sonra Seyfəddin Əliyev dünyanı təhdid edən koronavirus (Covid-19) pandemiyasının Azərbaycanda yayılmasının qarşısını almaq üçün ilk gündən lazımi sosial və iqtisadi tədbirlərin görüldüyünü bildirmişdir. O, qeyd etmişdir ki, rayonumuzda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı görülən tədbirlər çərçivəsində vətəndaşlar arasında maarifləndirmə işi aparılması məqsədi ilə rayon icra hakimiyyətinin başçısı tərəfindən 114 nəfərdən ibarət 20 mobil qrup yaradılmışdır və maarifləndirmə işi bu gün də davam etdirilməkdədir.
Təşkilat sədri bildirib ki, koronavirus tüğyan etdikcə hər bir fərdin həyatında dəyişikliklər baş verir, onlar öz həyatında müəyyən məhdudiyyətlər tətbiq etmək məcburiyyətində qalır. Ancaq bu məhdudiyyətlərin tətbiq edilməsi yalnız bir məqsəd üçündür. Bu da hər bir insanın virusa yoluxmasının qarşısının alınmasına və aparılan mübarizənin istənilən nəticə verməsinə xidmət edir.
Biz də YAP üzvləri olaraq sosial məsuliyyətə əməl etməklə yanaşı digər insanlara da bunu təşviq etməli, insanları sosial məsuliyyətli olmağa çağırmalıyıq. Bu işləri görmək bizim vətəndaş kimi vəzifələrimizdən biridir”-deyə, Seyfəddin Əliyev vurğulamışdır.
Sonda görüş iştirakçılarından Kərim Ağayev, Gülşən Xəlilova, Bəxtim Qarayev, Şamil Məmmədov, Taleh Əkbərov və başqaları çıxış edərək 15 iyun - Milli Qurtuluş Gününün əhəmiyyətindən və Milli Qurtuluş Gününün növbəti illərdə ölkəmizin daha böyük uğurları ilə qeyd olunacağını qeyd etmişlər.

“Yeni həyat”,
www.yeniheyet.az 

 

 

шаблоны для dle 11.2
Вернуться назад